YEYİNTİ SƏNAYESİ KOMPLEKSİNİN AÇILIŞI
Prezident İlham Əliyev kompleksin açılışını bildirən lenti kəsdi, burada Almaniyadan və İtaliyadan gətirilmiş avadanlıqla təchiz olunmuş sexləri gəzdi.
Dövlətimizin başçısına məlumat verildi ki, burada gündə 50 ton un üyüdülür və ondan çörək məmulatı, makaron və digər ərzaq məhsulları istehsal olunur. Kompleksdə 120 nəfər çalışır. Müasir avadanlıq alınmasına, habelə tikinti işlərinə 1 milyon 400 min dollar vəsait xərclənmişdir.
Azərbaycan rəhbəri İlham Əliyev istehsal prosesi ilə tanış oldu, işçilərlə söhbət etdi.