YOL-NƏQLİYYAT QƏZALARI ZAMANI ÖLƏNLƏRİN SAYI 23 FAİZ AZALMIŞDIR
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 15-dən mayın 15-dək “Sərxoş sürücü - təhlükə törədir” devizi altında keçirilmiş təhlükəsizlik aylığı ərzində Bakı şəhərində yol-nəqliyyat hadisələrinin sayı 6,4 faiz, ölənlərin sayı 23 faiz, yaralıların sayı isə 1 faiz azalmışdır. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edən 1304 sürücü barəsində müvafiq inzibati tənbeh tədbirləri görülmüşdür.