YOL-NƏQLİYYAT QƏZASI ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakının Babək prospektində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Suraxanı qəsəbəsinin sakini Arif İmanov “KamAZ” markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Lənkəran rayon sakini Elşən Həsənova məxsus “ZİL-5301” markalı avtomaşına, sonra isə hadisə yerinin yaxınlığında olan Bakı şəhər sakinləri Elşən İmanov və Azad Sadıqovu vurmuşdur. Nəticədə Elşən İmanov hadisə yerində ölmüş, xəsarət almış Azad Sadıqov isə xəstəxanaya yerləşdirilmişdir.
Faktla bağlı cinayət işi açılmışdır və araşdırma aparılır.