Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yoluxucu xəstəliklərin təxminən 58 faizi iqlim dəyişikliyi nəticəsində yayılır

Yoluxucu xəstəliklərin təxminən 58 faizi iqlim dəyişikliyi nəticəsində yayılır

Bakı, 25 noyabr, AZƏRTAC

“ABŞ-ın Havay Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, hazırda məlum olan yoluxucu xəstəliklərin təxminən 58 faizi iqlim dəyişikliyi nəticəsində yayılır. Xəstəlik riskinin artmasına təsir edən ən böyük amil isə qlobal istiləşmədir. Eyni zamanda, qlobal istiləşmə nəticəsində quraqlıq və daşqın bir çox yoluxucu xəstəliklərin artmasına səbəb olur. Quraqlıq zamanı transmissiv xəstəliklərin keçiricisi olan həşəratların (“Aedes”, “Anopheles”, “Culex” cinsinə aid olan) areal dəyişməsi yaranır. Nəticədə hemorraqik qızdırmalar, sarı qızdırma, malyariya kimi təhlükəli infeksiyalar geniş yayılır. Bundan əlavə, quraqlıq zamanı tozlu küləklər oftalmoloji xəstəliklərin artmasına da səbəb olur”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, çayların daşmasından sonra əmələ gələn gölməçələrdə yığılan su kütləsi ağcaqanadların çoxalması üçün şərait yaratdığına görə vektorlarla ötürülən xəstəliklərin, məsələn malyariyanın yayılma riskini endemik ərazilərdə artıra bilər: “Bu səbəbdən vektorla ötürülən yoluxucu xəstəliklər ictimai sağlamlığa uzun müddətli təhlükə yaradır. Daşqınlar sellər ilə nəticələnəndə bir çox infeksiyaların törədici və keçiricilərinin yerdəyişməsi baş verir. Yeni areallarda məskunlaşan həşəratlar yeni biosenozların formalaşmasına, təbii ocaqların dəyişməsinə səbəb olur.

ABŞ-ın Havay Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, insanlara təsir edən mövcud 375 infeksion xəstəlikdən 218-i planetdə iqlim dəyişikliyi səbəbindən xəstəliyin patogenlərinin daha təhlükəli olduğu elmi ədəbiyyatda təsdiqlənib. Qarayara, vəba, malyariya kimi xəstəliklərin bəzi hallarda qlobal istiləşmə, quraqlıq, istilik dalğaları, meşə yanğınları, yağışların artması və tufanlar nəticəsində yayılması daha asan olub.

Eyni zamanda, anomal leysan yağışları içməli su mənbələrinin çirklənməsinə səbəb olur. Bunun nəticəsində sudan qaynaqlanan bağırsaq infeksiyaları, məsələn A və E virus hepatitləri, eşerixioz və digər virus və bakterial infeksion xəstəliklərin artımı baş verə bilər.

İqlim dəyişikliyi ilə bağlı yağıntılar, içməli suyun mövcudluğu və keyfiyyətindəki dəyişikliklər su ilə əlaqəli xəstəliklərin tezliyinə təsir göstərir. Dünyanın bir sıra ölkələrində sübut edilib ki, orta aylıq temperaturun yüksəlməsi bakterial dizenteriya, kampilobakterioz, salmonellyoz və digər mədə-bağırsaq xəstəliklərinin artmasına səbəb olur. İçməli suda hələ də yoluxucu agentlərə rast gəlindiyi üçün təhlükəsiz suya çıxış əhalinin sağlamlığının təmin edilməsi üçün son dərəcə vacib məsələ olaraq qalır.

Həkim-infeksionist quraqlıq dövrlərin infeksion xəstəliklərin yayılmasına təsirindən də danışıb: “Kəskin iqlim dəyişikliyi yoluxucu xəstəliklərin geniş yayılmasına səbəb olur. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) yeni hesabatında deyilir. İsti mövsüm gənələrin aktivləşməsinə və onların keçirdikləri xəstəliklərin sayının artmasına şərait yaradır. Quraqlıq meningit və bir sıra digər infeksiyaların yayılmasına kömək edir. İqlim dəyişikliyi kütləvi miqrasiyaya və şəhər artımına gətirib çıxarır. Bu da öz növbəsində epidemiyaların yayılması ilə nəticələnə bilər.

Sağlam həyat tərzi, yayılan infeksion xəstəliklərdən mümkün qorunma tədbirlərinə əməl etməklə, fərdi qaydada şəxsin bu tip infeksiyalara dözümlülüyünü artırmaq olar. Lakin bütövlükdə bu, məsələni həll etmir. İqlim dəyişiklikləri nəticəsində yarana biləcək infeksion xəstəliklərin qarşısının alınmasının başlıca yolu dünya ölkələrinin kollektiv səyləri vasitəsilə bu dəyişikliklərin mümkün qədər aradan qaldırılmasıdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-da zəlzələ baş verib

Kanadanın Baş nazirinə etimadsızlıq səsverməsi 3-cü dəfə baş tutmayıb

ABŞ Roma Papasının atəşkəs çağırışını dəstəkləməyib

Kir Starmer Məhəmməd bin Salmanla görüşüb

Böyük beynin təkamülündə bağırsaq mikroblarının rolu araşdırılıb - ARAŞDIRMA

Omanda VIII Beynəlxalq Mülki Aviasiya Təhlükəsizlik Həftəsi keçirilir

Alimlər beyin xərçəngi ilə mübarizədə və dağınıq sklerozun müalicəsinə yenilik gətiriblər - ARAŞDIRMA

Bakıda “Azerbaijan Fashion Week” moda həftəsinin 17-ci mövsümünün açılışı olub

İtaliya Suriyadan sığınacaq tələbləri ilə bağlı prosesləri dayandırmağa qərar verib

İsveç suriyalı qaçqınlarla bağlı qərarların icrasını dayandırıb

Heydər Əliyev Mərkəzində “Yenidən doğulmuş gözəllik” adlı sərgi açılıb

® Birdəfəlik müavinətlər “Birbank”da

“Şamaxı” iki futbolçusu ilə yollarını ayırıb

“Xurşidbanu Natəvan. Gül dəftəri” kitabı işıq üzü görüb

Bakıdakı Rus evində Azərbaycanın Xalq artistinin yaradıcılıq gecəsi keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Demokratik İslahatlar Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Böyük Quruluş Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Milli İstiqlal Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələri üzrə seçki məntəqələrinin yaradılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 2 dekabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Ərzurum və Rize vilayətləri arasında yeni dəmir yolu layihəsi region iqtisadiyyatı üçün güclü təkan olacaq

Misli Premyer Liqası: “Turan Tovuz” doğma meydanda üç xala sevinib

Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə Təmas Qrupunun yaradılması təklif edilib

Bu il AMEA Naxçıvan bölməsinin əməkdaşlarının 348 elmi əsəri çap olunub

Folklor İnstitutunun illik hesabatı: 36 kitab və monoqrafiya, 300-dən çox məqalə

Marneulidə “Dahiliyin Heydər Əliyev Zirvəsi” adlı fotosərgi və anım tədbiri keçirilib

Azərbaycan Varşavada keçirilmiş ənənəvi beynəlxalq xeyriyyə bazarında təmsil olunub

BDU əməkdaşları KOBİA-nın keçirdiyi 6-cı qrant müsabiqəsinin qalibidirlər

Almaniya suriyalı miqrant və qaçqınların sığınma barədə müraciətlərinə baxılmasını dayandırıb

Sallivan: Biz Suriyadakı bütün qruplarla işləyəcəyik

Görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib

Malayziya parlamentinin komitə sədri Milli Məclisdə olub

Azərbaycan və Səudiyyə Ərəbistanı XİN-ləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib

Bu il Şərqşünaslıq İnstitutunda 1 elmi istiqamət, 5 problem çərçivəsində tədqiqat aparılıb

Azərbaycanın Qırğızıstandakı səfirliyində Heydər Əliyevin büstünün açılışı olub

Daha üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Azərbaycan və Rusiya arasında Xəzər dənizinin səviyyəsinin dayazlaşması ilə bağlı görüş keçirilib VİDEO

Medianın İnkişafı Agentliyi açıqlama yayıb

Nazir: Hazırda Qırğızıstanda “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filminin çəkilişləri aparılır

Parlamentin iki komitəsi birgə iclas keçirib, bir sıra məsələlər müzakirə olunub

Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 10 faizdən çox artıb

Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyində ilk qaliblər müəyyənləşib

Əmək müqavilələrinin sayı artıb

Abbasqulu ağa Bakıxanovun yaradıcılığında mənəvi-əxlaqi dəyərlərin təcəssümü - elmi seminar

Britaniya və Səudiyyə Ərəbistanı birgə super material istehsal edəcək

Azərbaycanın xarici işlər naziri ATƏT-in yeni təyin olunmuş baş katibini təbrik edib

Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib

Azərbaycanda indiyədək 103 mindən çox yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb

Azərbaycan və Gürcüstanın məhkəmə sistemləri arasında əlaqələr genişləndirilir

“Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimatı olub

“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 19 noyabr tarixli 356 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qalatasaray”ın iki futbolçusu sıradan çıxıb

TÜRKSOY-a üzv ölkələrin məktəbliləri arasında keçirilən rəsm və inşa müsabiqələrinin qalibləri mükafatlandırılıb

® “Rabitəbank”dan yenilik, taksit funksiyalı “Kartmane” kartı

Britaniyada “Darragh” qasırğasından sonra on minlərlə insan işıqsız qalıb

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında 7 məsələ müzakirə edilib

Aşqarlar Kimyası İnstitutunda bu il fundamental və tətbiqi xarakterli 14 elmi nəticə əldə olunub

ADY qatarların hərəkət cədvəlinə dəyişiklik edir

Doha Forumunda Azərbaycanın xarici siyasəti barədə məlumat verilib

Əl-Cəzirə: Suriya müxalifəti hökuməti formalaşdırmağı Məhəmməd əl-Bəşirə həvalə edəcək

Türkiyə parlamentinin sədri: Suriyada terrorçuluğun kökünün kəsilməsi bütün regionun maraqlarına cavab verir

BDU-nun 6 tələbəsi “MEDİAlab” layihəsi çərçivəsində mükafatlandırılıb

İtaliyada neft emalı zavodunda partlayış: 2 nəfər ölüb, 9 nəfər yaralanıb

Xocalıda əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib

Azərbaycan karateçiləri İtaliyada medal qazanıblar

Qurudulmuş meyvə ixracı 37,8 faiz artıb

Azərbaycan Xəzərin ekosisteminin bərpası ilə bağlı müzakirələrdə iştirak edib

Fransada Makron yeni Baş nazir axtarışına başlayıb

AFFA Hakimlər Komitəsinin sədri “Qalatasaray”ın oyununa təyinat alıb

Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib

“Politico”: Yens Stoltenberq Donald Trampı NATO-nun ABŞ üçün faydalı olduğuna inandıra bilər

Azərbaycan filmi Beynəlxalq Buddist Film Festivalında Qran-Pri mükafatına layiq görülüb

Hərbi Prokurorluqda Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib

Ali Məclisin deputatı: 2024-cü il Naxçıvan üçün siyasi və iqtisadi uğurlarla yadda qalmaqdadır

Məşhur pop ulduzu Taylor Sviftin “Eras” turu başa çatıb

Məzahir Pənahov: Bələdiyyə seçkilərində 1531 nəfər namizədlik üçün müraciət edib VİDEO

“Müfəttiş heyətinin aviasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nın və “Müfəttiş heyətinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı təlim keçmə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

BMU-da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Rəsədxana: Geomaqnit sahəsinin aktiv olacağı gözlənilir

Uşağın anadan olmasına və dəfnə görə birdəfəlik müavinətlər üçün banka yaxınlaşmağa ehtiyac olmayacaq

Rövzət Qasımov: MSK bələdiyyə seçkiləri ilə əlaqədar “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb

Azərbaycan gimnastı beynəlxalq yarışda fərqlənib

Azərbaycan Universitetində qazaxıstanlı sosial işçilər ilə görüş keçirilib

“Tesla”da işləyən lənkəranlı gənc: “Cybertruck” və “Robotaxi” kimi inqilabi avtomobil layihələri üzərində çalışıram

Füzulidə avtomobil aşıb, xəsarət alanlar var

Azərbaycanın Əməkdar artisti Moskvada mükafat alıb

MSK sədrinin müavini: İki seçki dairəsinin hər biri üzrə əlavə seçki məntəqəsinin yaradılmasına qərar verilib VİDEO

Britaniya kral ailəsinin heç vaxt görülməmiş fotoları sərgilənəcək

Bələdiyyə seçkilərində 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib

Bakı metrosunun stansiya çıxışları nömrələnir

Energetika Nazirliyi GECF-in 26-cı Nazirlər İclasında təmsil olunub

İçdiyimiz sular necə analiz olunur? - “Qida gözətçisi”nin ilk buraxılışı

Ötən ay Bakı hava limanından beynəlxalq istiqamət üzrə daşınan sərnişinlərin yarısı xarici aviaşirkətlərin payına düşüb

XİN rəsmisi: Azərbaycanın diplomatik xidmətini tənzimləyən yeni qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanır

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 35,7 milyon manatdan artıq pul vəsaiti ölkəyə qaytarılıb