YUNANISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KAROLOS PAPULYASA
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Yunanıstan arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq qurumlar və layihələr çərçivəsində əməkdaşlığımızın inkişaf etdirilməsi, dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində atdığımız addımlar daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 mart 2010-cu il.