Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb
Afina, 7 sentyabr, AZƏRTAC
Yunanıstanın müvafiq dövlət qurumları ölkədə meşə yanğınlarının miqyasının artmaqda olduğunu bildiriblər. Rəsmi məlumatlara görə, bu ilin əvvəlindən indiyədək ölkədə 7 minə yaxın yanğın hadisəsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, yanğınlar nəticəsində təqribən 50 min hektar meşə və kənd təsərrüfatı sahəsi məhv olub.
Mütəxəssislər qeyd edirlər ki, yanğınların 80 faizi insan amili ilə bağlıdır. Bununla yanaşı, son günlərdə keçirilən xüsusi əməliyyatlar zamanı qəsdən yanğın törədən şəxslər saxlanılıb.
Yunanıstanın daxili işlər naziri Yanis Kefaloyannis bildirib ki, ölkədə yanğın təhlükəsi mövsümü oktyabrın sonuna qədər davam edəcək.
Rəsmi Afina təxirəsalınmaz tədbirlərin gücləndirilməsi, yanğınların qarşısının alınması və əhalinin diqqətli davranması üçün əlavə çağırışlar edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [16:50]
Qazaxıstanda latın qrafikasına keçidin müddəti hələ müəyyən edilməyib
- 08.09.2026 [16:33]
Harri və Meqan Kral Çarlzın adından göndərilən məktuba təəccübləniblər
- 08.09.2026 [16:13]
İsveç məktəbliləri PISA tarixində ən aşağı nəticələri göstəriblər
- 08.09.2026 [16:06]
Xorvatiyanın idxal və ixrac etdiyi tullantıların miqdarı açıqlanıb
- 08.09.2026 [16:01]
Angela Merkel AfD ilə mübarizədə yeni siyasi yanaşmaya çağırıb
- 08.09.2026 [15:52]