Yunanıstanda aprelin 27-dən başlayaraq karantin rejiminin yumşaldılması planlaşdırılır
Afina, 23 aprel, AZƏRTAC
Yunanıstan hökuməti aprelin 27-dən başlayaraq ölkədə karantin rejimini yumşaltmağa başlayacaq.
AZƏRTAC xəbər verir ki, Baş Nazir Kiriakos Mitsotakis ölkənin xəstəliyin birinci dalğasını həmrəylik və intizam göstərərək, uğurla dəf etdiyini bildirib.
Qeyd edək ki, Yunanıstanda sərt karantin tədbirləri nəticəsində xəstəliyin geniş yayılmasının qarşısını almaq mümkün olub. Yunanıstan Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə xəstələrin sayı 2245 nəfər təşkil edir, ölənlərin sayı isə 119 nəfərdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]