Yunanıstanın xarici işlər naziri zəlzələ bölgəsində türkiyəli həmkarı ilə görüşəcək
Bakı, 12 fevral, AZƏRTAC
Yunanıstanın xarici işlər naziri Nikos Dendias bu gün Türkiyəyə gözlənilən səfəri zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlu və zəlzələ bölgəsində çalışan yunan xilasediciləri ilə görüşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.
“Səfər zamanı Nikos Dendias türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə zəlzələ bölgəsində fəaliyyət göstərən Yunanıstanın xilasetmə qrupunun üzvləri ilə görüşəcək. Yunanıstanlı nazir Antakyadakı əməliyyat mərkəzini də ziyarət edəcək. Zəlzələnin dağıdıcı nəticələrinin aradan qaldırılmasında Yunanıstanın yardım yolları da nəzərdən keçiriləcək”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, yunanıstanlı nazirin Türkiyəyə bu səfəri 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin qurulmasından sonra ilk səfər olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:25]
Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]