YUNİSEF-İN DƏSTƏYİ İLƏ AZƏRBAYCANDA SAĞLAM HƏYAT VƏ İDMANLA BAĞLI LAYİHƏ HƏYATA KEÇİRİLİR
Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildirmişlər ki, qurum YUNİSEF-in dəstəyi ilə “Sağlam həyat tərzi və idman” adlı layihə həyata keçirir.
Layihənin əsas məqsədi 14-29 yaşlı gənclərin sağlam həyat tərzi və idmana dair biliklərini artırmağa və idmana həvəslərini təşviq etməkdir. Layihə çərçivəsində Bakı, Sumqayıt, Quba, Gəncə, Lənkəran, Şirvan və Füzuli səhərlərindən 30 gənc üçün Bakıda və Xaçmaz rayonunda təlim kursu keçirilmişdir. Təlim zamanı əldə edilən məlumatlar digər gənclərə ötürülməlidir.
Ümumilikdə layihənin sonunadək gənc təlimçilər tərəfindən 2600 gəncin sağlamlıq və idman haqqında biliklərinin artırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]