Yusif Vəliyev: "GəncVİZYON" ideyatona 500-ə yaxın gənc qatılıb VİDEO
Bakı, 6 fevral, Nailə Həsənova, Azər İbrahimov, AZƏRTAC
Azərbaycanda tarixində ilk dəfə keçirilən fərdi intellektual yarışda 700-dən artıq gənc iştirak edib. “GəncVİZYON" ideyatona isə 500-ə yaxın gənc qatılıb və onlar 40 komandada mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev bu barədə jurnalistlərə məlumat verib.
"Bu gün Gənclər Fondu tərəfindən “GəncVİZYON” ideyaton müsabiqəsi həyata keçirilib. Bu müsabiqənin əsas məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq gənclərin təşəbbüskarlığının inkişafı və innovativ gənc nəslin formalaşmasına töhfə verməkdir. Ümumilikdə Gənclər Fondu tərəfindən məhz Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər proqramı gerçəkləşdirilib. İlk olaraq, 3000-dən artıq gəncin iştirakı ilə Gənclər Festivalı təşkil edilib Daha sonra ölkənin ən böyük fərdi intellektual yarışı keçirilib.Ötən gün isə “GəncTALKS” motivasiya proqramı təşkil olunub",- deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [18:30]
“GəncVİZYON” ideyatonu keçirilib VİDEO
- 06.02.2026 [18:19]
Ədliyyə naziri Göyçayda vətəndaşların müraciətlərini dinləyib
- 06.02.2026 [16:39]
“YAŞAT” Fondu müharibə əlili Bəhrəm Abdullayevə dəstək göstərib
Fransa ordunu gücləndirir
- [17:18]
“Beşiktaş”dan növbəti transfer
- [17:10]
Türkiyədə zəlzələ olub
- [15:41]