ZAQATALA ÇAYÇILARI PAYIZ YIĞIMINI DA UĞURLA BAŞA ÇATDIRMIŞLAR
Zaqatala, 18 oktyabr (AZƏRTAC). Zaqatala rayonunun çay plantasiyalarında yaşıl çay yarpağı yığımı müvəffəqiyyətlə başa çatmışdır.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, havaların əlverişli keçməsi, habelə plantasiyalara yüksək aqrotexniki qulluq nəticəsində əvvəlki illərdən fərqli olaraq fermerlər payız mövsümündə də məhsul yığmışlar. Son illərdə ilk dəfə olaraq payız mövsümündə rayonun çay plantasiyalarında yığım aparılmış, 2,3 ton yaşıl çay yarpağı tədarük edilmişdir.
Ümumiyyətlə, 2009-cu ildə rayonun çay istehsalçıları plantasiyalardan 44,7 ton yaşıl çay yarpağı yığmışlar. Tədarük edilmiş yaşıl çay yarpağı rayonda fəaliyyət göstərən “Zaqatala-Çay” Məhdud Məsuliyyətli Cəmiyyətində emal olunaraq, ondan 10 min 462 kiloqram quru çay əldə edilmişdir. İstehsal olunmuş məhsul, əsasən, respublikanın daxili bazarlarında satılır. Xatırladaq ki, hazırda rayonda məhsuldar çay plantasiyalarının ümumi sahəsi 60 hektara yaxındır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]