Zaqatala rayonunda spirtli içki oğruları saxlanılıb
Bakı, 23 aprel, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbənin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən iki ədəd televizor və müxtəlif spirtli içkilərin oğurlandığı müəyyənləşdirilib.
Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin əvvəllər məhkum olunmuşlar- Zaqatala rayonu Danaçı kənd sakini 23 yaşlı Hacımurad Adamov və 26 yaşlı Şamaxı rayon sakini Baloğlan Xankişiyev olduğu müəyyən edilib. Onların hər ikisi tutularaq istintaqa təhvil verilib. Oğurladıqları televizorlar satdıqları şəxsdən, spirtli içkilər isə özlərindən maddi sübut kimi götürülüb.
Faktla bağlı həmin şəxslər barədə cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.