Zaqatalada ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Zaqatala şəhəri, V.İsmayılov küçəsi, 44 ünvanında fiziki şəxs Məmmədov Fariz Səfər oğluna məxsus ət satışı məntəqəsində ətlərin keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlərinin olmadığı məlum olub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, eyni zamanda, mal əti adı altında satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin müayinəsi nəticəsində camış DNT-si aşkarlanıb.
Faktla bağlı ət satışı məntəqəsində plandankənar yoxlama keçirilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]