Zaqatalada güləş üzrə açıq rayon birinciliyi keçirilib
Zaqatala, 5 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Sentyabrın 4-5-də Zaqatala Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi keçirilib. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə gənclər və idman sektorunun və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda Bakı şəhəri də daxil olmaqla, respublikamızın 12 şəhər və rayonunu təmsil edən 500-dək idmançı mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Hər çəki dərəcəsi üzrə qalib gələn idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal və diplomlarla mükafatlandırılıblar.