Zaqatalada heyvandarlıq məhsullarının istehsalı artıb
Zaqatala, 14 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Zaqatala rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Belə ki, bu ilin 9 ayında rayonda 6 min 972,7 ton diri çəkidə ət, 32 min 419,4 ton süd, 17 milyon 404 min ədəd yumurta, 302,5 ton yun istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 28,5 ton, süd istehsalı 193,7 ton, yumurta istehsalı 189 min ədəd, yun istehsalı isə 1,5 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, istehsal olunan diri çəkidə ətin 6 min 916 tonu, südün isə 32 min 402,8 tonu əhali və sahibkar təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə 9 ayda 56,7 ton ət, 16,6 ton süd istehsal olunub.
2021-ci il oktyabrın 1-i vəziyyətinə rayonun təsərrüfatlarında 60 min 114 baş iribuynuzlu mal-qara, o cümlədən 29 min 18 baş inək və camış, 166 min 707 baş qoyun və keçi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]