ZAQATALALI FERMERLƏRƏ NÖVBƏTİ YARDIMLAR VERİLMİŞDİR
Zaqatala, 4 oktyabr (AZƏRTAC). Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamına uyğun olaraq, Zaqatala rayonunda fermerlərə əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına növbəti yardımlar verilmişdir.
Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən bildirmişlər ki, 11 min 114 nəfər torpaq mülkiyyətçisinə 25001 hektar əkin sahəsinin becərilməsinə görə 1 milyon 68 manat məbləğində yardım verilmişdir.
Dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstəyinin nəticəsidir ki, 2009-cu ildə rayonda əkin sahələri əvvəlki illə müqayisədə 5461 hektar genişləndirilərək 30461 hektara çatdırılmışdır. Eyni zamanda, cari ildə rayonda bitkiçilik məhsulları istehsalı əvvəlki ilə nisbətən 32,7 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]