Zaqatalanın kəndlərində yeni baytarlıq məntəqələri tikilir
Zaqatala, 5 noyabr (AZƏRTAC). Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Zaqatala rayonu üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində son illər rayonda özəl baytarlıq xidmətinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür.
Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda rayonun Yengiyan və Çobankol kəndlərində sahə baytarlıq məntəqələrinin tikintisi davam etdirilir. İndiyədək Əliabad qəsəbəsi və Yuxarı Çardaxlar kəndində də yeni baytarlıq məntəqələri tikilərək istifadəyə verilmişdir. Bundan əlavə, 2012-ci ildə Zaqatala şəhərində rayon baytarlıq idarəsi və baytarlıq diaqnostika kabineti üçün dövlət vəsaiti hesabına hər cür avadanlıqla təchiz edilmiş yeni inzibati bina tikilib istifadəyə verilmişdir.
Bütün bu tədbirlər rayon ərazisinin təhlükəli ekzotik heyvan xəstəliklərindən qorunmasında, heyvanlar arasında yoluxucu xəstəliklərin baş verməməsi üçün epizootiya əleyhinə profilaktika işlərinin aparılmasında, habelə heyvan və heyvan mənşəli məhsulların keyfiyyətinə sanitar nəzarətinin gücləndirilməsində mühüm rol oynayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]