Zaqatalaya düşən yağıntının miqdarı 58 millimetrə bərabər olub
Bakı, 11 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin saat 08.00-a olan məlumatına əsasən respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, ən çox düşən yağıntının miqdarı Zaqatalada 58, Balakəndə 49, Şəmkirdə 26, Kişçayda 23, Lerikdə 11 millimetr təşkil edib. Digər bölgələrdə 1-8 millimetr olub. Abşeron yarımadasında, Zabratda, Binədə 0,4, Maştağada 1, Bakıda 3 millimetr yağış qeydə alınıb.
Bu gün gündüz saatlarından başlayaraq əksər rayonlarda yağıntılar kəsiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]