Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər Günü - haqqı və mənəviyyatı ali tutan Azərbaycan xalqının ümummilli Qələbəsi

Zəfər Günü - haqqı və mənəviyyatı ali tutan Azərbaycan xalqının ümummilli Qələbəsi

Bakı, 8 noyabr, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan xalqının Qələbəsi təkcə Azərbaycan tarixində deyil, həm də dünya tarixində əlamətdar hadisədir. Qələbəmizin ilk ildönümü hamımızı yenidən müharibə zamanı baş verən hadisələrə, ən əsası isə mübariz bir xalq, qalib tərəf kimi şücaət və vətənpərvərlik hisslərimizin cuşa gəldiyi çətin, məsuliyyətli, lakin hamısından daha çox böyük fəxr, qürur hissləri ilə dolu olan günlərə yenidən müraciət etməyə sövq edir.

Cəmi 44 gün ərzində illər, əsrlər boyu regiona bir zəhər tuluğu kimi yayılan erməni faşizminin qarşısını alan əsas qüvvəyə məhz Azərbaycan dövləti, onun döyüşkən, rəşadətli Ordusu və mübariz xalqı çevrildi. “Qələbə necə əldə olundu?” sualının cavabı bir yox, bir neçə parametrlər üzrə öz cavabını büruzə verir. Belə ki, bu böyük Zəfər ölkəmizin illər ərzində formalaşdırdığı maddi və insan resursları, Azərbaycan xalqının mübarizliyi, müttəfiqlərin köməyi və rəqiblərin məkrli hesablamalarını riyazi dəqiqliklə yanlışlığa uğradan Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində əldə olundu. Bu amillərin mühüm rolunu dərk etməklə yanaşı, onu da nəzərə almaq lazımdır ki, çoxəsrlik tarixdə beynəlxalq hüquqla təsbit olunmuş əraziyə, hərbi-iqtisadi potensiala, əhaliyə və qədim dövlətçilik ənənələrinə malik olan və heç bir iradəyə boyun əyməyən Azərbaycan xalqının əzmi düşmənin müqavimət imkanlarını tükəndirdi, təslim olmağa məcbur etdi. Təcavüzə, şüurlu və məqsədyönlü şəkildə torpaq işğalına məruz qoyulan, əsrlərlə hədəf taxtasına yerləşdirilən Azərbaycanın hərbi, mənəvi, siyasi və psixoloji durumunu dərk edə bilmədilərsə, Azərbaycan xalqının torpaq sevdasının, əqidəsinin də nə qədər güclü olduğunu təsəvvür belə edə bilməmişdilər.

Bu fikirlər politoloq Şəbnəm Həsənovanın “Haqqı və mənəviyyatı ali tutan Azərbaycan xalqının ümummilli Qələbəsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

İllərlə xalqımızı çaşdırmaq, münaqişəni donduraraq torpaqlarını unutdurmaq və beləliklə də mənəvi cəhətdən əzmək ümidində olan hər bir dairəni Azərbaycan xalqı illər ərzində güclü dövlət və ordu qurmaqla, ən əsası isə işğalla heç bir zaman barışmayaraq mübarizə ruhunu yüksək tutmaqla sındırdı. Düşmənin döyüş qabiliyyəti qalmadığı halda son ana qədər onu yalan vədlərlə ümidləndirənlər Azərbaycan xalqının monolit birliyi və hədsiz mənəvi möhkəmliyi ilə üzləşməli oldular. Müharibə məfhumunu analiz edən filosoflar, klassiklər, müasir hərbi və ictimai fikrin görkəmli nümayəndələri hərbi işlərdə mənəviyyatın, mənəvi amillərin xüsusi roluna diqqəti cəlb edirlər. Beləliklə, tarixi təcrübə öyrədir ki, müharibə təkcə fiziki deyil, həm də rəqiblərin qüvvələrinin mənəvi qarşıdurmasıdır. Müharibə reallığı və tarix onu da sübut edir ki, hər hansı bir müharibədə qələbəni son nəticədə döyüş meydanında qanını tökən kütlələrin ruhi və emosional vəziyyəti müəyyən edir. Çünki müharibənin idrak problemlərinin episentri-əsas qanunu döyüş əməliyyatlarında tərəflərin mənəvi üstünlüyü qanunudur. Fərdi atışmaları və döyüşləri təsvir edərkən əsasən müharibənin mənəvi, ideoloji və sosial fəlsəfi əsaslarını dərindən başa düşmək lazımdır. Ordumuzun qələbəsinin bütün səbəblərini diqqətlə təhlil edərkən belə nəticəyə gəlirik ki, onların arasında ən başlıcası mənəvi amildir. Müasir elmi ədəbiyyatlarda cəmiyyətin mənəvi həyatına xas olan, müharibə zamanı siyasi məqsədlərinə çatmaq üçün istifadə oluna bilən imkanları təyin etmək üçün “cəmiyyətin, xalqın mənəvi potensialı” kateqoriyasından istifadə olunur. Mənəvi potensialın məzmunu “bir qayda olaraq milli dəyərlərə söykənən müəyyən dəyərlərdə, ideallarda, ideyalarda, nəzəriyyələrdə, konsepsiyalarda, proqram və şüarlarda, ictimai simvollarda, baxışlarda, adət-ənənələrdə, vərdişlərdə, əxlaqda” öz ifadəsini tapır. Deməli, Qarabağı görməsələr belə onu işğaldan azad edən gənclər bu millət, xalq və torpaq yolunda övlad böyüdüb, boya-başa çatdıran ata-analar tərəfindən yüksək əxlaqi, mənəvi amillərlə tərbiyə olunaraq xalqımızın mənəviyyat simvoluna çevrilməyi bacaran gənclər idi.

Vətən müharibəsində mahiyyət, kəmiyyət və keyfiyyət cəhətdən tamamilə bir-birinə zidd olan siyasi, iqtisadi, hərbi və mənəvi parametrlərə malik olan iki dövlət, silahlı qüvvələr və hərbi strategiyalar deyil, həm də iki əsaslı fərqli dəyər və ideologiya sisteminə malik olan cəmiyyətlər də müharibə şəraitində idi. Ermənistan illər ərzində bir ideologiya kimi hakimiyyət kultunu, irqçiliyi və ifrat erməni şovinizmi kimi erməni irqinin üstünlüyünü, heç bir tarixi əsası və hüquqi bazası olmayan Böyük Ermənistan qurmaq zərurətini təbliğ edir, bu ruhda erməni diasporunun təbliğat xidmətləri əhali arasında intensiv təlqinlər aparır, azərbaycanofobiya, islamofobiya, türkofobiya kimi Azərbaycan xalqına nifrətin aşılanmasına xüsusi əhəmiyyət verirdi. Azərbaycanın mənəvi potensialına gəlincə isə o, bir çox təzahürlərində multietnik və multikultural dəyərləri təbliğ edərək, heç bir irqi, dini ayrı-seçkiliyə yol vermədən bütün etnik azlıqlara eyni imkanları təmin edərək xalqımızın tarixi, ictimai, siyasi həyatına adekvat olan bir dövlət, cəmiyyət və həyat tərzi formalaşdırmışdı. Bu baxımdan da 44 gün heç bir dəyəri deyil, ən çox məhz haqqı və mənəviyyatı ali tutan Azərbaycan xalqının qələbəsidir. Birlik, haqq, ədalətsizliyə boyun əyməmək qədim dövrlərə gedib çıxan və Azərbaycan xalqının bütün həyat tərzinə əvvəldən bu günə qədər nüfuz edən ənənələrin əbədi mövcudluğudur. Tarixən həqiqətə, qarşılıqlı yardıma, sevgi və xeyriyyəçiliyə, əmək yaradıcılığına, xalqa qayğıya can atan, əhalinin sosial cəhətdən əlverişsiz hissəsinə, möhtac durumda olana əl tutan Azərbaycan xalqı əkdiyi toxumların bəhrəsini Zəfərlə dadmış oldu. Müdrik xalqımız təkcə dövlət qurucusu olan xalq deyil, həm də mədəniyyətin və sivilizasiyasının tarixi qurucusu, həqiqətə, ədalətə, xeyirxahlığa sadiq, heç bir dövlətə qarşı ərazi iddiası etmədən tamahkarlıqdan uzaq olan, Vətənin müdafiəsinə sitayiş edən, xalqlar arasında həyatı və sülhü qorumaq naminə daim fədakarlığa xidmət edən xalqdır. Multikultural və multietnik dəyərlər Azərbaycan cəmiyyətinin digər ən mühüm dəyərləri ilə birləşərək sosial həyatı və fərdin həyatını məna ilə doldurdu, onun ən yaxşı tərəflərinə müraciət etdi, ictimai həmrəyliyin və fəallığın səviyyəsini kəskin şəkildə artırdı. İllər ərzində Azərbaycan xalqı həyatın bir çox hadisəsini mənəvi şəkildə qavrayaraq və müqəddəs simvollar olan - Vətənin, dövlətin, ordunun nüfuzunu qorumağa davam etdi. Bunun nəticəsi idi ki, ölkədə tam səfərbərlik elan olunmamasına baxmayaraq gənclərimiz hərbi hissələrin önünə gedir, cəbhəyə ən qısa zamanda yollanmaq istəyir, döyüş meydanında olan zabit və əsgərlərimiz isə sadəcə canları, qanları yolunda mübarizə aparmaq üçün yox, döyüş içində, arxa cəbhədə, evlərində, ailələrinin yanında olan talışın, ləzginin, avarın, udinin, rusun həyatı haqqında düşünərək birlik və bərabərlik nümayiş etdirir, müqəddəslərin müqəddəsliyini- Vətəni qorumaq üçün döyüş meydanında fədakarlıq göstərirdi. Bu idi Vətən və torpaq sevdası, məhz bu idi Dəmir yumruq!

Erməni diasporunun təsiri altında və maliyyə dəstəyi ilə Vətən müharibəsinin gedişatını qərəzli şəkildə işıqlandırmağa cəhd göstərən bir çox media agentliklərinin məhz ölkənin birinci şəxsinin, Ordunun Ali Baş Komandanının, Prezident İlham Əliyevin verdiyi müsahibələr vasitəsilə məlumatlandırılması, başa düşmək istəməyib əsassız ittihamlara və suallara əl atanları tarixi və hüquqi əsaslarla, elə öz ölkələri və dövlətlərində olan boşluqları taparaq öz silahları ilə vurması zamanı istifadə olunan faktlar bəlkə də Azərbaycan xalqının illər ərzində sinəsində yara bağlamış həqiqətlərin ən yüksək səslə hayqırtısı idi. Bu gün artıq həmin o dairələr belə barışmaq məcburiyyətində qalıblar ki, Prezident İlham Əliyev mahir bir diplomat və tarixi torpaqlarımızı azad edən yenilməz sərkərdə, 44 gün boyunca və hələ də sinəsini erməni diasporunun can atdığı zərbələrə və geniş psixoloji informasiya müharibəsi nəticəsində Azərbaycan xalqının mənəvi təslim olmasına dair ortaya qoyulmuş iddialara sipər edən, onların heç bir nəticə verməyəcəyini sübut edən dahi bir Liderdir.

Etnik mənsubiyyətindən, dilindən, dinindən, sosial kateqoriyasından, siyasi baxışından asılı olmadan hər kəsin milli yüksəlişə, sonadək mübarizəyə hazır olmağın əsas səbəblərindən biri Azərbaycan xalqının milli birlik və bərabərlik göstərərək ədaləti bərpa etmək quruluşunun tərəfdarları olması idi. 44 gün ərzində Azərbaycanda və ondan kənarda yaşayan hər bir azərbaycanlı, hər bir fərd vahid dövlətçilik ideyası ətrafında birləşdi, illər ərzində ölkədə formalaşmış ictimai-siyasi quruluş hər kəs tərəfindən qəbul edilərək və ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinə arxayın olaraq, onun müəyyən etdiyi yaxın və uzunmüddətli məqsədlərin düzgünlüyünə və reallığına əmin olaraq, ictimai inkişafın prinsip və meyillərini təsdiqlədilər. Çünki xalq əmin idi onun Lideri verdiyi sözə sadiqdir. Vətənpərvərlik və dövlət vətənpərvərliyi tamamilə ayrı-ayrı məfhumlar, lakin son mərhələdə bir bütünü təşkil edən anlayışlardır. Hər iki anlayışı vəhdət təşkil etməklə realizə etməyi bacaran Prezident İlham Əliyev Vətən və dövlət anlayışını dəyərlər sistemi kimi xalqımıza düzgün şəkildə aşıladı. Beləliklə, düşmənə qarşı müqavimət ümummilli xarakter oldu. Azərbaycan xalqının məğrur duruşu, mübariz xarakteri xalqın dövlət rəhbərliyinə inamını sübut etdi.

Müharibə həmişə insanın gücünün, xalqın əzminin sınağıdır. Bu sınaqdan hər kəs, hər xalq üzüağ çıxa bilmir. Bunu Azərbaycan xalqı bacardı. Müharibə günlərində Azərbaycan xalqının vətənpərvərlik hissi ən yüksək həddə çatdı. Minillik hərb tarixində bəlkə də heç bir müharibə bu qədər böyük fədakarlıq, cəsarət və qəhrəmanlıq nümunələri verməmişdir desək yanılmarıq. Filosoflardan biri demişdir: “Maariflənmiş xalqların əsl şücaəti Vətən naminə fədakarlığa hazır olmaqdan ibarətdir”. Azərbaycan xalqı üçün fədakarlığa hazır olmaq kütləvi normaya çevrildi və sistemsiz yox, sistemli xarakter aldı. Torpaq, yurd uğrunda fədakarlığımız Azərbaycanın sərhədlərini müdafiə etmək, torpaqlarını işğaldan azad etmək uğrunda mümkün və qeyri-mümkün olan hər şeyi etmək üçün dərin şüurlu bir istəyə əsaslandı. Çünki belə bir iradə milyonlarla Azərbaycan xalqının qəlbində illərlə yaşadı. Yeni tarixi birlik ortaya qoyan Azərbaycan xalqı qoca və cavan, kişi və qadın, hamı və hər kəs əsas, ana sümüyü, onurğası bildiyi və inandığı Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətə inanaraq, onun ətrafında dəmir yumruq kimi birləşərək misilsiz fədakarlıq, cəsarət göstərdi, bir nəfər kimi hamı erməni faşizminə qarşı mübarizəyə qalxdı.

Bu gün fəxrlə deyirik ki, cənab Müzəffər Ali Baş Komandan, Siz Qalibsiniz! Azərbaycan xalqı Sən Qalibsən! Bu Vətən uğrunda, bizim parlaq gələcəyimiz üçün öz şirin canından keçən hər bir şəhidimizin önündə dərin ehtiramla baş əyirik! Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin! Eşq olsun qalib Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?