Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Zəfər yolu” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Zəfər yolu” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov diqqətə çatdırıb ki, Zəfərimiz tariximizin ən yaddaqalan səhifəsi kimi əsrlər boyu yaşayacaq. Bu Qələbə gələcək nəsillərə kitablar, filmlər vasitəsilə çatdırılacaq. Bugünkü nəslin xoşbəxtliyi ondadır ki, Zəfərin qazanılmasının birbaşa iştirakçısı, şahidləri oldular. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 30 ilə yaxın müddətdə erməni işğalında olan torpaqlarımızı azad etdi. Bu Qələbə bizim qürur mənbəyimizdir, tariximizin parlaq səhifəsidir. Torpaqlarımızın işğal olunmasını indiki məktəblilər öz gözləri ilə görməyiblər. Həmin ağrılı-acılı illər, ermənilərin törətdikləri vəhşiliklər haqqında valideynlərindən, kitablardan biliklər əldə ediblər. 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan dövləti, xalqı münaqişəni qan tökmədən həll etməyə çalışdı. Münaqişənin həllini öz üzərinə götürən beynəlxalq təşkilatların fəaliyyətsizliyindən yorulan Azərbaycan torpaqlarını hərb yolu ilə işğaldan azad etdi. İndi hər bir Azərbaycan vətəndaşı qalib xalqın qalib vətəndaşı kimi bu Zəfərlə fəxr edir. Baş nazirin müavini Əli Əhmədov məktəblilər arasında keçirilən “Zəfər yolu” müsabiqəsini yüksək qiymətləndirib. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, bugünkü gənc nəsildən əsas gözləntilər daha dərin, müasir bilik və bacarıqlara yiyələnmələri, mükəmməl vərdişlərə sahib olmaları, bununla da Azərbaycanın inkişafı üçün töhfə verə biləcək, layiqli bir vətəndaş kimi yetişmələrindən ibarətdir.

Təhsil naziri Emin Əmrullayev bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti və müzəffər Ordumuzun şücaəti nəticəsində möhtəşəm Zəfərin qazanılması ilə Azərbaycan təhsilində yeni bir səhifə açıldı və bu səhifənin mahiyyəti təhsilin istiqamətini dəyişdi.

Emin Əmrullayev qeyd edib ki, təhsil sisteminin əsas məqsədlərindən biri şagirdlərdə təkcə bilik və bacarıqları deyil, həm də hər kəs üçün müqəddəs olan vahid dəyərləri formalaşdırmaqdır. Bu il tədris sisteminin məzmun və mahiyyətinin Zəfərə həsr olunduğunu bir daha diqqətə çatdıran nazir bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən görülən işlərdən danışıb. “Zəfər tarixi” dərsliyindən söz açan Emin Əmrullayev bildirib ki, bu dərsdənkənar məşğələlər Azərbaycanın təhsil məzmununda özünəməxsus yer tutacaq.

Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov vurğulayıb ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili olaraq qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, 30 illik işğala son qoyuldu. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda təntənə ilə qeyd olundu. Zəfər Günü ilə bağlı Heydər Əliyev Fondu tərəfindən də bir sıra tədbirlər həyata keçirildi. İşğal dövründə mənfur düşmənimiz regionun təbiətinə, biomüxtəlifliyinə, bütövlükdə ekosistemə ciddi ziyan vurub, ekoloji terror törədib. Bu səbəbdən Zəfər Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Topxana meşəsində ağacəkmə aksiyası keçirdilər. Aksiya zamanı 3 hektar ərazidə yüzlərlə ağac əkildi, palıd toxumu səpildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən 44 min ağac əkilməsi aksiyası çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ağaclar əkildi. “Regional İnkişaf” İctimai Birliyi Təhsil Nazirliyi ilə birgə 3 minə yaxın könüllü gəncin iştirakı ilə fləş-mob keçirdi. Heydər Əliyev Fondu həm də məktəblilər arasında keçirilən “Zəfər yolu” inşa müsabiqəsinin təşkilatçılarından biri oldu. O qeyd edib ki, Zəfərimizin gələcək nəsillərə çatdırılmasında, şagirdlərimizin vətənpərvərlik ruhunda böyüməsində inşa müsabiqəsinin böyük əhəmiyyəti var.

“Zəfər yolu” inşa müsabiqəsinin qaliblərindən biri, II Qarabağ müharibəsinin iştirakçısı şəhid mayor Sübhi Mürsəliyevin qızı, İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Aişə Mürsəliyeva müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb.

Cəlilabad rayonu, Sabirabad kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Elçin Ələkbərov 44 günlük Vətən müharibəsindən, Zəfərə aparan yoldan bəhs edib.

Qeyd edək ki, “Zəfər yolu” inşa müsabiqəsi Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən, ölkənin işğal altında olan ərazilərinin azad edilməsində dövlətimizin əldə etdiyi nailiyyətlərin təbliğinin aparılması, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondu ilə tərəfdaşlıqda təşkil edilib. Müsabiqə iki mərhələdən - rayon (şəhər) və ölkə mərhələlərindən ibarət olub. Müsabiqədə ölkəmizin bütün məktəbləri iştirak edib. Rayon (şəhər) mərhələsinə ümumilikdə 3 min 556 şagird qatılıb. Respublika mərhələsinə 106 şagird keçib. İnşa yazıları müvafiq meyarlara əsasən münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə görə 7 nəfər I yer, 8 nəfər II yer, 15 nəfər isə III yer olmaqla ümumilikdə 30 nəfər şagird qalib elan edilib. Qalib şagirdlərə hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Dövlət Akademik Filarmoniyasının şagirdləri Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

ABŞ-də B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər