Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfərin arxitekturası: mifdən reallığa keçidin ontologiyası

Zəfərin arxitekturası: mifdən reallığa keçidin ontologiyası

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı Zəfər XXI əsrin ən mühüm tarixi hadisələrindən biri kimi milli şüurun dönüş nöqtəsi, dövlət iradəsinin və milli realizmin təntənəsi kimi dəyərləndirilə bilər. Bu Zəfər illərlə beynəlxalq münasibətlərin “dondurulmuş münaqişə” çərçivəsinə saldığı ədalətsiz status-kvonu dağıdaraq, Cənubi Qafqazın geosiyasi xəritəsini və tarixi idrak balansını dəyişdi. Zəfərin arxitekturası burada təkcə hərbi qələbənin strukturundan ibarət deyil, həm də milli ideyanın, dövlət iradəsinin və reallıq təfəkkürünün sistemli və məqsədyönlü şəkildə təşkil olunmasının nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Rəqəmsal inkişaf və süni İntellektin fəlsəfi problemləri şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılovun “Zəfərin arxitekturası: mifdən reallığa keçidin ontologiyası” sərlövhəli məqləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qurulan bu strategiya müharibənin həm cəbhədə, həm də informasiya, diplomatiya və iqtisadiyyatda aparıldığı vahid bir sistemə çevrildi. Bu sistemin hərbi-texniki tərəfi yüksək intellektual sintezə əsaslanırdı, müasir texnologiyaların, xüsusilə pilotsuz uçuş aparatlarının, süni intellektə əsaslanan döyüş sistemlərinin və kəşfiyyat inteqrasiyasının tətbiqi nəticəsində müharibə modeli postmodern xarakter qazandı. Azərbaycan planetar miqyasda ilk dəfə olaraq “ağıllı müharibə” konsepsiyasını praktik reallığa çevirdi. Bu, uğura gücün fiziki mənasından baxmaq, zorla qazanılan zəfər aspektindən yanaşmaq düzgün deyil və bu daha çox zəkanın texnoloji ifadəsi idi.

Zəfərin geosiyasi aspekti Cənubi Qafqazın qüvvələr balansında köklü dəyişiklik yaratdı. Tarixi ədalətin bərpası ilə yanaşı, Azərbaycan regionu yeni enerji və nəqliyyat əlaqələrinin mərkəzinə çevirdi. Zəngəzur dəhlizi, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi strateji layihələr Azərbaycanın geoiqtisadi gücünün təzahürüdür. Bu mərhələdə “qələbə” sözü milli iqtisadi düşüncənin və dövlət idarəçiliyinin yüksək strateji müdrikliyinin nəticəsi kimi anlam qazandı.

Mədəni müstəvidə isə bu Zəfər milli özünüdərkin, tarixi yaddaşın və mədəni identikliyin yenidən doğuluşuna səbəb oldu. Bu baxımdan, hərbi uğur milli dirçəlişə, milli dirçəliş isə diplomatik nüfuza transformasiya olundu.

Qarabağın azadlığı coğrafi məkanla yanaşı, mənəvi və mədəni məkanın da dirçəlişi demək idi. Xarıbülbül, Şuşa, Cıdır düzü kimi adlar artıq sırf coğrafi göstəricilər deyil, metafizik dəyərlər sisteminin rəmzləri kimi xalq şüurunda yenidən mənalandı. Bu, Azərbaycan xalqı üçün, mədəni intibahın başlanğıcını, dövlətin ideyası ilə milli birliyin vəhdətini, musiqisi ilə - mənəviyyatının bərpasını təcəssüm etdirdi.

Lakin Zəfərin fəlsəfi dəyəri yalnız Azərbaycan üçün deyil, Ermənistan cəmiyyəti üçün də dönüş yaradan bir hadisəyə çevrildi. Uzun illər boyu miflərlə qidalanan, tarixi reallığı inkar edən “böyük Ermənistan” ideologiyası 2020-ci ildə tarixi illüziya kimi çökməyə başladı. Bu süqut sadəcə hərbi məğlubiyyət deyildi, bu, bir millətin öz uydurduğu mifologiyanın sonu, yeni praqmatik şüurun zərurətindən doğan ağrılı, lakin qaçılmaz oyanışı idi. Ermənistan cəmiyyəti bu hadisədən sonra ilk dəfə olaraq güc balansını, qonşuluq münasibətlərini və regional reallığı - reallığın öz meyarları ilə anlamağa başladı. Bu baxımdan Azərbaycan Zəfəri təkcə öz içinə çəkilən sərhədləri dəyişmədi, həm də şüur sərhədlərini dəyişdi.

Bu prosesin dərinliyində metafizik bir dinamika dayanır və Azərbaycanın realizmi illüziyalara qarşı reallığın fəlsəfəsini ortaya qoydu. Bu realizm Qərb praqmatizmi ilə Şərq mənəviyyatının sintezindən doğan özünəməxsus intellektual model kimi formalaşdı. O, həm diplomatiyada çeviklik, həm iqtisadiyyatda dayanıqlılıq, həm mədəniyyətdə identiklik, həm də hərbi-texniki sferada müasirliklə ifadə olunur. Bu baxımdan, Zəfərin metafizikasında formalaşan Azərbaycan dövlətçiliyinin yeni fəlsəfi paradiqması regionda yaranan sülh və əməkdaşlıq mühitində də öz təsdiqini tapdı. Bu paradiqma artıq postmüharibə dövrünün reallığını Cənubi Qafqazda sabitlik, inteqrasiya və qarşılıqlı rifah mərhələsini müəyyənləşdirən əsas düşüncə xəttinə çevrildi.

Zəfərdən sonra yaranan yeni geosiyasi düzən bütün Cənubi Qafqazın gələcəyini müəyyənləşdirən tarixi mərhələyə çevrildi. Qarabağ münaqişəsinin 30 ildən sonra həll olunması regionda formalaşmış gərginliklərin enerjisini sülh, əməkdaşlıq və inteqrasiyaya yönəltmək üçün yeni imkanlar açdı. Azərbaycan dövləti postmüharibə dövründə sülhü reallığın fəlsəfi mərhələsi yəni gücdən ağla, qələbədən sabitliyə keçidin təzahürü kimi dəyərləndirdi.

Bu çərçivədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması artıq regionun taleyini müəyyən edən əsas prosesə çevrilmişdir. ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təməl prinsiplərini formalaşdırdı. Məhz həmin diplomatik mərhələdə, tərəflərin iqtisadi əlaqələr, nəqliyyat kommunikasiyaları və qarşılıqlı etimadın bərpası istiqamətində konkret razılaşmalara yaxınlaşması regionun inkişaf modelini dəyişdirdi.

Bu prosesin ən mühüm simvolu TRİP (Trans-Regional Integration Project) – yəni Zəngəzur dəhlizinin açılması təşəbbüsü oldu. Bu yol Azərbaycanı Naxçıvanla birləşdirən, eyni zamanda, Türk dünyasını bir araya gətirən Yeni İpək Yolunun iqtisadi mərkəzinə çevrilir.

Prezident İlham Əliyevin “Zəfər sülh üçün qazanılmışdır” konsepsiyası faktiki olaraq postmüharibə düşüncəsinin fəlsəfi məğzini ifadə edir. Bu, Zəfərin yeni mərhələsidir və gücün, müdrikliyin və ədalətin birləşdiyini ifadə edir. Məhz bu yanaşma sayəsində Azərbaycan Qələbəsini revanşizmin deyil, sülhün və qarşılıqlı rifahın başlanğıcı kimi təqdim etdi.

Bütün bu hadisələr fonunda Ermənistan cəmiyyəti də yavaş-yavaş illüziyalardan uzaqlaşaraq yeni reallığı qəbul etməyə başladı. Ermənistanda tarixi miflərin dağılması fonunda regional əməkdaşlığın zəruriliyini dərk edənlərin çoxalması, bir vaxtlar mümkünsüz görünən yeni düşüncə formalarının yaranmasına gətirib çıxardı. Bu, şüurun intibahı və reallığın mənəvi dərkinə əsaslanan Zəfərin ikinci mərhələsini əhatə edir

Beləliklə, Zəngəzur yolunun açılması, iqtisadi inteqrasiyanın güclənməsi və qarşılıqlı anlaşma regionu yeni inkişaf mərhələsinə daşıyır. Əgər müharibə reallığı dəyişdisə, sülh artıq bu reallığı sabitliyə çevirir. Bu mənada, Azərbaycan və Ermənistan arasında paraflanmış sülh müqaviləsini regional hadisə kimi nəzərdən keçirmək yox, qlobal miqyasda münaqişədən sülhə keçidin model nümunəsi kimi dəyərləndirmək lazımdır.

Zəfərin gətirdiyi bu sülh, dünyanın müharibə, işğal və qarşıdurmalarla dolu reallığında yeganə reallaşmış sülh faktı kimi qalır. Bu, həm regionun, həm də bütün bəşəriyyətin qazancıdır. Çünki bu, illüziyaların sona çatdığı, ədalət və reallığın öz varlıq əsasını tapdığı Zəfərin ontologiyasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO