Zelenski Türkiyə Prezidentinə Rusiyada saxlanılan ukraynalı əsir və məhbusların siyahısını təqdim edib
Kiyev, 8 mart, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski İstanbula səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Rusiya tərəfindən saxlanılan ukraynalı əsir və məhbusların siyahısını təqdim edib. Onların arasında repressiyaya məruz qalan Krım tatarları da var.
AZƏRTAC xəbər verir ki, bu barədə Volodimir Zelenski İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı açıqlama verib.
“Bu gün mən Rusiya tərəfindən repressiyaya məruz qalan və ən ağır şəraitdə həbsxana və düşərgələrdə saxlanılan Ukrayna vətəndaşlarının, xüsusən də Krım tatarlarının siyahısını verdim”, - deyə Zelenski bildirib.
Prezident vurğulayıb ki, hər kəsi, istər mülki, istərsə də öz xalqını müdafiə edərkən əsir düşənləri azad etməliyik.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]