Zelenski: Ukrayna Silahlı Qüvvələri yeni təhlükəsizlik arxitekturasını hazırlayır
Kiyev, 5 sentyabr, AZƏRTAC
Ukrayna Silahlı Qüvvələri “Rusiyanın təcavüzünün qarşısını almağa və Rusiya Federasiyasını sülh sazişi imzalamağa kömək edəcək” yeni təhlükəsizlik arxitekturasını hazırlayır. AZƏRTAC RAİ telekanalına istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ambrosetti Forumunda videokonfrans zamanı deyib.
O əlavə edib: “Bütün detalları bölüşə bilmərəm, amma quruda, dənizdə və havada müdafiəyə hazırlaşırıq”.
Ukraynanın dövlət başçısının sözlərinə görə, plana Rusiyanın müharibəni davam etdirməsi ehtimalını azaldacaq dron sistemləri, eləcə də müdafiə sistemlərinin təkmilləşdirilməsi və düşmən hücumlarının qarşısının alınması tədbirləri daxildir.
Zelenski bildirib: “Biz müdafiə sistemlərini təkmilləşdirmək və rusların hücumlarının qarşısını almaq üçün çalışırıq və bu, onları sülh sazişi imzalamağa sövq edəcək”.
O əlavə edib ki, “bunun üçün ABŞ-ın dəstəyi lazımdır”. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vladimir Putin və Volodimir Zelenski ilə son danışıqlardan sonra verdiyi açıqlamada bütün iştirakçıların əsas məqsədin yalnız müvəqqəti atəşkəs deyil, sülh razılaşması olması ilə razılaşdığını bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]