“Zəlzələ zamanı davranış qaydaları” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) maarifləndirmə tədbiri olan “Zəlzələ zamanı davranış qaydaları” layihəsi çərçivəsində keçirilən təlimlər davam etdirilir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, növbəti təlim “Bakı İstedadlar Təhsil Kompleksi”ndə 12-ci sinif şagirdləri üçün keçirilib. Tədbirdə RSXM-nin əməkdaşları Gülnarə Alxanova, Afaq Ağazadə, Leyla Aşurova, Lalə Piriyeva məktəblilərə zəlzələ, onların başvermə səbəbləri və zəlzələ zamanı davranış qaydaları haqqında ətraflı məlumat veriblər.
Təlim zamanı, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]