Zəlzələnin başvermə səbəbləri və təbiət hadisəsi zamanı davranış qaydalarına dair məruzələr dinlənilib
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının ikinci xüsusi şöbəsində seminar-məşğələ keçirilib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Tədbirdə RSXM-in seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli, tədris şöbəsinin müdiri Gülnarə Alxanova və mərkəzin kiçik elmi işçisi, “Seysmologiya Sahəsində Maarifləndirmə” İctimai Birliyinin direktoru Afaq Ağazadə iştirak edib.
Seminarda T.Məmmədlinin “Zəlzələnin baş vermə səbəbləri” və A.Ağazadənin “Zəlzələ zamanı davranış qaydaları”na dair məruzəsi dinlənilib.