Zərdabda avtomobil qəzası nəticəsində 2 nəfər ölüb, 5-i xəsarət alıb – YENİLƏNİB VİDEO
Zərdab, 9 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
Zərdabda yol-nəqliyyat hadisəsi baş verib.
Zərdab Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hadisə səbəbi ilə 3-ü uşaq olmaqla ümumilikdə 7 nəfər (2 qadın, 5 kişi) həmin xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və qabırğaların çoxsaylı sınığı, qapalı kəllə-beyin travması və müxtəlif nahiyələrin sıyrılmış, əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. 2016-cı il və 2017-ci il təvəllüdlü azyaşlıların (hər ikisi kişi) vəziyyətləri stabil qiymətləndirilir, müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilən digər pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində həyata keçirilir.
Vəziyyəti ağır qiymətləndirilən 2023-cü il təvəllüdlü (kişi) azyaşlıya göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 13:50-də azyaşlının bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, hadisə zamanı 1966-cı il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
12:19
Zərdabda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zərdab–Kürdəmir avtomobil yolunda hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 4-ü xəsarət alıb. Yalananlar Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.