ZƏRDABDA HEYVANDARLIQ SAHƏSİNDƏ 20 FERMER TƏSƏRRÜFATI FƏALİYYƏT GÖSTƏRİR
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2005-ci ildə bölgədə heyvandarlıq üzrə 8 yeni fermer təsərrüfatı fəaliyyətə başlamış, bu sahə ilə məşğul olan kollektivlərin sayı 20-yə çatmışdır. Yeni yaradılmış Qoşaoba ərazisindəki “Qala”, İsaqbağındakı “Cavid”, Dəli Quşçu kəndindəki “Cavidan” və digər fermer təsərrüfatlarında indi minlərlə inək-camış və qoyun bəslənilir.
Hazırda heyvandarlar qış qayğıları ilə yaşayırlar. Döl kampaniyasının müvəffəqiyyətlə başa çatdırılması, mal-qaranın qışdan sağ-salamat və gümrah çıxarılması üçün bütün imkanlar səfərbərliyə alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]