“Zəvvar” ovçuluq təsərrüfatında keçirilən reyd zamanı silahlı insident baş vermişdir
Bakı, 13 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə mütəmadi reydlər keçirilir.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 10-da keçirilən reyd zamanı Biləsuvar və Cəlilabad rayonlarının ərazisindəki “Zəvvar” ovçuluq təsərrüfatında saat 23:00 radələrində qanunsuz ovla məşğul olan 5 nəfər saxlanılmış, müvafiq icazə sənədləri olmadığı üçün onlardan 4 nəfərinin tüfəngi götürülmüşdür. Bu zaman digər brakonyer gizlətdiyi yerdən tüfəngini çıxardaraq nazirliyin əməkdaşlarına atəş açmışdır. Lakin təsadüf nəticəsində xəsarət alan olmamışdır. Daha sonra həmin şəxs nazirliyin əməkdaşlarından birini hədələməklə müsadirə olunmuş 4 tüfəngi maşının yük yerindən götürərək digərləri ilə birgə hadisə yerindən qaçmışdır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə, Cəlilabad Rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilmiş, Cəlilabad Rayon Prokurorluğunda cinayət işi qaldırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]