ZEYNƏB CAVADLI, ZÜLFİYYƏ ƏLİYEVA VƏ AELİTA XƏLƏFOVA RESPUBLİKA YENİYETMƏLƏR OYUNLARININ QALİBİDİRLƏR
Çoxnövçülükdə üçüncü yeri gimnastika məktəbinin yetirməsi Ceyla Quliyeva tutmuşdur. O, çənbərlə hərəkətlərdə ikinci, iplə hərəkətlərdə üçüncü olmuş, lentlə yarışlarda isə həmklubu Leyla Şamilova ilə 3-4-cü yerləri bölüşdürmüşdür. L.Şamilova iplə hərəkətlərdə ikinci, gürzlə isə üçüncü yerə çıxmışdır. Gürzlə hərəkətlərdə ikinci yeri Respublika idman kompleksi məktəbinin yetirməsi Nigar Mirzəyeva tutmuşdur.
12-13 yaşlı gimnastlar arasında mütləq birincilikdə və proqramın digər 4 növündə gimnastika məktəbinin nümayəndəsi Aelita Xələfova fərqlənmişdir. İkinci yeri (çoxnövçülükdə, iplə, çənbərlə və gürzlə hərəkətlərdə) “Həmkarlar İttifaqları”nın təmsilçisi Nərgiz Əliyeva tutmuşdur. Gimnastika məktəbinin yetirməsi Yevgeniya Jidkova çoxnövçülükdə, ip və gürzlə hərəkətlərdə üçüncü olmuşdur. Çənbərlə yarışda o, “Həmkarlar İttifaqları”nın nümayəndəsi Fəridə Bağırova ilə 3-4-cü yerləri bölüşdürmüşdür.
Lentlə hərəkətlərdə ikinci yeri Leyla Nərimanzadə (gimnastika məktəbi), üçüncü yeri Esmira Orucova (Respublika idman kompleksi məktəbi) tutmuşlar.