“Zirə” klubu “Neftçi”ni ölkə kubokunda mübarizədən kənarlaşdırıb
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin sonuncu cavab qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, mərhələnin sonuncu matçında “Neftçi” klubu “Zirə”nin qonağı olub. Matçda qapılara qol vurulmayıb. Birinci qarşılaşmada Rəşad Sadıqovun komandası 1 cavabsız qolla qalib gəldiyindən yarımfinala vəsiqə qazanıb.
Yarımfinal mərhələsində "Keşlə" "Zirə" ilə qarşılaşacaq. Ötən gün keçirilən oyunların nəticələrinə əsasən, digər yarımfinal matçında “Qarabağ” “Sumqayıt”la üz-üzə gələcək. Bu mərhələnin görüşləri 21-29 apreldə oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]