Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zirədə akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı, 28 aprel, Səlim Rəhimzadə, AZƏRTAC

Aprelin 28-də Zirə Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) və Modern Ailə və İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Nəsillərə nümunə olan ömür yolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Zirə Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, cari il Azərbaycan xalqı və dövləti üçün bir çox cəhətdən əlamətdardır: “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib və Ümummilli Liderimizin zəngin dövlətçilik irsinin tədqiq olunması, əbədiyaşar ideyalarının yeni nəslə aşılanması istiqamətində respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda, bu il Ulu Öndərin ömür-gün yoldaşı, Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür”.

Vurğulanıb ki, Zərifə xanım Əliyevanın fərdi və ictimai portreti olduqca rəngarəngdir: “Mənalı və nümunəvi həyat yoluna malik olan Zərifə xanım Əliyeva istər peşəkar həkim-mütəxəssis, istər ləyaqətli ziyalı və dəyərli elm xadimi, istər vəfalı ömür-gün yoldaşı, istərsə də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmışdır. Ona görə də iftixarla qeyd edirik ki, Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolu bugünkü və gələcək nəsillərə parlaq nümunədir”.

YAP Mərkəzi Aparatının rəhbəri T.Budaqov Zərifə xanım Əliyevanın fəaliyyəti məqsədyönlü, çoxşaxəli və məhsuldar olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb: “O, həm peşəkar oftalmoloq kimi insanlara nur və şəfa bəxş edib, həm savadlı mütəxəssislərin yetişməsində fəal rol oynayıb, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün dəyərli örnək yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamda qeyd edildiyi kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Zərifə xanım tibb elminin oftalmologiya sahəsində səmərəli fəaliyyəti və müstəsna xidmətləri ilə fərqlənib. Bir çox ilklərin müəllifi olan Zərifə xanım Əliyevanın apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və elm sahəsində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. O, həmçinin oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar müəllifi kimi yadda qalıb”.

Tahir Budaqov qeyd edib ki, Zərifə xanım Əliyevanın fəaliyyəti, xüsusilə də çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətləri daim yüksək qiymətləndirilib: “O, oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə bir çox mükafatlarla təltif olunmuşdur. Zərifə xanım Əliyeva keçmiş ittifaqın oftalmologiya sahəsində ən yüksək mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın alimdir. 150-dən artıq elmi əsərin müəllifi olan akademik SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi səmərəli fəaliyyət göstərmiş, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Bütün bunlar görkəmli alimin ictimai fəaliyyətinin də ölkəmiz üçün nə qədər faydalı və önəmli olduğunu göstərir.

Azərbaycan qadınlarına məxsus ləyaqətli və şərəfli ömür yaşamış Zərifə xanım xalqımızın Ümummilli Lideri Heydər Əliyevlə ailə məsuliyyətini paylaşaraq İlham Əliyev kimi tarixi şəxsiyyət yetişdirmişdir. Heç şübhəsiz, övladının yüksək məqama çatması, Vətən naminə dəyərli və faydalı işlərə imza atması hər bir valideynin ülvi arzusudur. Heydər Əliyev məktəbindən dərs alan, Zərifə Əliyevanın qayğısı ilə böyüyən İlham Əliyev Prezident, Müzəffər Ali Baş Komandan kimi Azərbaycana möhtəşəm uğurlar qazandıraraq, ölkəmizi tərəqqi və Zəfər zirvəsinə yüksəldərək həm ata vəsiyyətini, həm də Vətənə sədaqət andını şərəflə və ləyaqətlə yerinə yetirmişdir. Bu səbəbdən Heydər Əliyevin və Zərifə xanım Əliyevanın ruhu şaddır. Bir çox mükafatlara və fəxri adlara layiq görülmüş Zərifə xanım Əliyeva xalqın sonsuz sevgisini - əbədi məhəbbətini qazanmış, xatirələrdə silinməz izlər buraxmışdır. Heç şübhəsiz, bu, onun ən böyük və qiymətli mükafatıdır”.

Tahir Budaqov çıxışını Prezident İlham Əliyevin Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə işıq salan fikirləri ilə tamamlayıb: “Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır. Zərifə xanım böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq”.

Digər çıxış edənlər - Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP Veteranlar Şurasının üzvü, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva bildiriblər ki, Zərifə xanım Əliyeva xalqımızın yaddaşında novator və istedadlı alim, bilikli və bacarıqlı həkim, tanınmış ictimai xadim, qayğıkeş ana kimi qalmışdır.

Qeyd edilib ki, Zərifə Əliyeva dedikdə ilk növbədə göz önündə işıq, nur canlanır. Bu, təkcə ona görə deyil ki, o, gözlərə nur bəxş edib, insanlara görmək sevincini yaşadıb. Bu həm də ona görədir ki, Zərifə xanım şərə, qaranlığa qarşı dayanmaq üçün ta qədim dövrlərdən günümüzədək yaşayan əxlaq triadasında göstərildiyi kimi, xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl sahibi olub. Müdrik, xeyirxah insanın üzündən nur yağdığı kimi, əlindən də xeyir və bərəkət gələr. Zərifə xanım bir həkim kimi xəstələrinə can yandırır, onlara doğma münasibət bəsləyirdi. İş yoldaşları danışırlar ki, Zərifə xanım uzaq bölgələrdən gəlib xəstəxanada müalicə alanlara xüsusi diqqətlə yanaşırdı. O, ehtiyacı olan hər kəsə kömək edir, hamının qəlbinə yol tapmağı bacarırdı. Zərifə xanım Əliyeva ciddi elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi. Onun kimi incə təbiətli, kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin, böyük bir xalqın milli liderinin yaxın silahdaşı və övladlarının anası olmaq missiyasını şərəflə daşıyır, Ulu Öndər Heydər Əliyevin inam və etibarını hər addımında doğruldurdu: “Bu gün onun ruhu şaddır. Çünki Prezident İlham Əliyev Ulu Öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi yolunda nəhəng işlər görür. Biz fəxr edirik ki, Zərifə xanımın böyüdüb tərbiyə etdiyi, bu gün Azərbaycanın Prezidenti olan cənab İlham Əliyev yorulmaz və əzmkar fəaliyyəti, böyük zəhməti və doğma Vətənə sonsuz sədaqəti sayəsində ölkəmizin regionda lider dövlətə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirərək bütün dünyada Azərbaycan qadınlarının imicini yüksəldir. Mehriban xanım bu gün milli-mənəvi dəyərlərin qoruyucusu kimi çıxış edir, ölkədə təhsilin, mədəniyyətin və digər sahələrin inkişafına xüsusi diqqət göstərir”.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb