Azərbaycan Dövlət İnformasiya Agentliyi

100 il tənhalıq, yaxud ukraynalı alim necə cəncələ düşdü

100 il tənhalıq, yaxud ukraynalı alim necə cəncələ düşdü

Kiyev, 25 may, AZƏRTAC

Ukrayna, ingilis və rus dillərində çıxan “Den” Ümumukrayna qəzetində tarix elmləri doktoru, professor Stanislav Kulçinskinin “Xalqın ölüm hökmü” (“Den” № 72-73, 24-25. 04.2015) sərlövhəli qalmaqallı məqaləsi dərc olunub. Məqalədə söhbət qondarma “erməni soyqırımı”ndan gedir.

Məqalə müəllifinin ümumi və yayğın ifadələri, provokasiya məqsədi daşıyan fikirləri və o dövrün faktlarının və tarixi hadisələrinin açıq-aşkar təhrif edilməsi Azərbaycanın Ukraynadakı səfirliyini və həmvətənlərimizi biganə qoya bilməzdi. Diplomatik missiyamızın “Den” qəzetinə ünvanlanmış məktubunda bu mövzuya alternativ nöqteyi-nəzər təklif olunub. Azərbaycanlı tarixçi Şəlalə Həsənova “100 il tənhalıq” sərlövhəli məqaləsində bu nöqteyi-nəzəri müdafiə edib.

Öz səhifələrində müxtəlif nöqteyi-nəzərlər təqdim etməyi rəhbər tutan “Den” qəzeti kimin arqumentlərinin daha inandırıcı olmasını oxucuların mühakiməsinə verib.

Məqalə müəllifi yazır ki, dünya erməniləri aprelin sonunda “soyqırımının” 100 illiyini qeyd edirlər. Sonra sabah, daha sonra birigün olacaq, aylar keçəcək, illər ötəcək, qondarma “soyqırımının” növbəti yarımyubileylərinin tarixləri yaxınlaşacaq, “lehinə” və “əleyhinə” uğrunda amansız mübarizə aparanlar başa düşəcəklər ki, əslində, heç nə dəyişməyib. Hətta Avropa İttifaqının 1915-ci ilin hadisələrinə şəxsi interpretasiyaları prizmasından üstünlük verməsindən, Vatikan və Avstriyanın “ermənilərin soyqırımını” tanımasından sonra türk dünyası, eləcə də bir sıra Qərb siyasətçiləri və alimləri, haqlı olaraq əmin olub ki, 1915-ci ildə Osmanlı İmperiyasında faciəli hadisələr apriori olaraq P.Lemkenin tərifinə uyğun gəlmir.

Bu mövzu ətrafında səs-küy və qalmaqal əsla həqiqəti ortaya çıxaran mübahisə ola bilməz, çünki burada həmin o həqiqətin axtarışı deyil, siyasi maraqlar mühüm rol oynayır. Bu paradiqmaya Avropa Parlamentinin qurbanların xatirə gününün elan edilməsi barədə qətnamə qəbul etməsi də, “ermənilərin soyqırımını” tanımağa tələsməyən və faktları müəyyən etməyə çağıran BMT-nin siyasi baxımdan nəzakətli davranışı da uyğun gəlir. Başqa sözlə desək, “ermənilərin soyqırımının” qeydinə qalanlar heç də “günahsız qurbanların” halına yanmağı əsas götürmürlər. Onları Türkiyəni ləkələmək, bu ölkənin beynəlxalq birlik tərəfindən müsbət qəbul edilməsinə mane olmaq istəyi hərəkətə gətirir. BMT qarşısına belə məqsəd qoymur. Buna görə də əlahəzrət fakta hörmət və ehtiram nümayiş etdirir. Necə deyərlər, “kor-kor, gör-gör”.

Amma hər halda Osmanlı İmperiyasında ermənilərin soyqırımı olubmu? Azərbaycanlı tarixçi qeyd edir ki, bir-birinə əks olan cavabların müxtəlifliyinə görə bu aktual məsələ uzun müddət ritorik suallar sırasında qala bilər. Ronald Reyqanın prezidentliyi dövründə Ağ Evin tədqiqat materiallarını əsas götürsək, onda bir xalqın tam məhv edilməsi məqsədi ilə etnik təmizləmə deyilən məsələ olmayıb. Bu faktı bir çox Qərb ekspertləri ilə bərabər, R.Reyqanın hüquq məsələləri üzrə müşaviri Brüs Feyn durmadan təsdiq edir. Ş.Həsənova xatırladır: B.Feyn iddia edir ki, ermənilər iki milyon Osmanlı türkünü qırıblar, həmin dövrdə ermənilərin özlərinin itkiləri təqribən 500 min nəfər olub.

Analitik məqalədə daha sonra deyilir ki, Asiya və Afrika Ölkələri İnstitutunun prezidenti, Osmanlı tarixi üzrə görkəmli mütəxəssis Mixail Meyer də ötən il KİV-lərdə öz nöqteyi-nəzərini israrla belə şərh edib: “Erməni tərəfi bu rəqəmləri şişirdir. Mənim hesablamalarıma görə, 1915-ci il hadisələri zamanı Osmanlı İmperiyasının erməni əhalisinin üçdə bir hissəsi tələf olub. Ermənilərin odlu və soyuq silahla vəhşicəsinə qətlə yetirildiyini demək doğru deyil, çünki onların çoxu köçürülmə zamanı həlak olub. Bunun “soyqırımı” adlandırmağın nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Amma təkzibolunmaz fakt bundan ibarətdir ki, Birinci Dünya müharibəsi illərində dinc türk əhalisi arasında itkilər son dərəcə çox olub”. Azərbaycanlı tarixçi daha sonra Qərb alimlərinə müraciət etməyi təklif edib. Tennessi Texniki Universitetinin siyasi elmlər professoru Mixael Günter Luiza Nalbandyan, Ceyms Mandalyan və Armen Qaro kimi erməni yazıçılarının adlarını çəkir. Bu ədiblər yazırlar ki, 1915-ci ildə kütləvi qətllər ərəfəsində ermənilər türklərə qarşı açıq şəkildə vuruşublar. Bununla Uilyam Leyncer, Arnold Toynbi, Uolter Laker kimi tanınmış Qərb alimləri də razılaşırlar.

Ş.Həsənova vurğulayır ki, “soyqırımının” tanınmasının əleyhdarları üçün əsas dəyər tarixi mənbələrdən və şahid ifadələrindən qaynaqlanan FAKTDIR. Soyqırımı ideyası tərəfdarları isə əsas dəyərlər sırasında birinciliyi TƏBLIĞAT məhsuluna verirlər. Qondarma faciənin tanınması əleyhdarları üçün Osmanlı İmperiyasında çoxsaylı müsəlman əhalisinin ermənilərin qurbanı olmasının tanınmasını nəzərdə tutan humanitar dəyərlər əhəmiyyət daşıyır. Erməniliyə gəldikdə isə üstünlük ksenofobiyaya verilir. Bərabərhüquqlu dialoqun olmaması da problem yaradır, çünki bu ancaq tərəflər bir-birini EŞİTMƏK istəyəndə mümkün olur. Özü də dialoq özünüifadə və öz iradəsini bildirmə zamanı bərabər hüquqlar nəzərdə tutur. Amma insan hüquqları hay-küyü altında öz siyasi maraqlarını yeridən qüvvələr, məgər, türk dünyasının nöqteyi-nəzərinin dünya birliyinə çatmasına imkan verirmi?

Şəlalə Həsənova fikrini belə ümumiləşdirir: “Rəy və arqumentlərin xülasəsi belə bir qənaətə gətirib çıxarır ki, Qərb siyasi texnoloqlarının uydurduqları soyqırımı əslində bütün erməniləri birləşdirən ideya deyil, bütün erməniləri qovub bir yerə toplayan, nifrət doğuran, üfunət qoxuyan hay-küydür”.

Lakin azərbaycanlı alimin faktları və arqumentləri S.Kulçinskini “inandıra bilməyib”. O, “Den” qəzetində “Hər halda soyqırımı olub” sərlövhəli şərhində yazıb ki, Şəlalə Həsənova soyqırımına qarşı “ən təsirli arqument” gətirib: bu gün Türkiyədə 100 mindən çox erməni firavan yaşayır. Mən məqaləmdə Osmanlı İmperiyasında ermənilərin köçürülməsi barədə məlumat vermişəm: ümumi məlumat - 1877-1878-ci illərdə Rusiya-Türkiyə müharibəsi zamanı 3 milyona qədər adam. Dörd onillikdən sonra onların sayı təbii artım hesabına əhəmiyyətli dərəcədə artmalı idi, lakin 1918-ci ildə ölkədə çoxu 150 min erməni qalmışdı, özü də əzəli torpaqlarında deyil, Konstantinopolda və Körfəzlərdən qərbdə olan ucqarlarda. İri dövlətlərin reaksiyasından ehtiyat edən “Gənc türklər” həmin ərazidəki erməniləri tam məhv etməkdən çəkinmişdilər. “Tarixçi” qeyd edir ki, müasir siyahıyaalmalar əsasən İstanbul aqqlomerasiyasında (14 milyon adam) məskunlaşan 65 min erməni qeydiyyata alıb. Böyük Ermənistan (Ərzurum, Van, Bitlis, Diyarbəkir, Şarput), kiçik Ermənistan (Trabzon və Sivas) və Kilikiyada ermənilərdən əsər-əlamət yoxdur. Soyqırımını tanımaq üçün hansı arqument daha sanballı ola bilər?

Yalançı alim həcvinin sonunda yazır: “Sonda bir neçə kəlmə Azərbaycan siyasətçilərinin və alimlərinin erməni soyqırımına reaksiyası barəsində. Ermənistan və Azərbaycan arasında Qarabağın mənsubiyyəti barədə mübahisəli məsələsi var. Bu məsələdə bu və ya digər tərəfdə durmaq olar. Amma aydın məsələdir ki, bu, 1915-ci il Osmanlı İmperiyası hadisələri ilə əsla bağlı deyil. Ermənilərin soyqırımının aqressiv və əsassız şəkildə təkzib edilməsi yalnız bunu göstərir ki, azərbaycanlı alimlər və siyasətçilər bununla özlərinə xal qazanırlar”.

Qondarma ukraynalı alimin azərbaycanlı alimlərə və siyasətçilərə ünvanlanan böhtanlarına və hücumlarına ancaq belə cavab vermək olar: “Hirsli başda ağıl olmaz”

Məlum olduğu kimi, bu hikmətli kəlam mübahisə zamanı özündən çıxan, özünü haqlı göstərmək üçün emosiyalarından başqa silahı olmayan kəslərə ünvanlanır.

Ukrayna Prezidentinin bu günlərdə imzaladığı qanuna görə, keçmişin bütün simvollarına qadağa qoyulur, nasizm və kommunizm bərabərləşdirilir. Qanunun pozulması 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Təəssüf ki, tarixin saxtalaşdırılmasına görə qanun hələlik qəbul edilməyib.

Məqalənin tam mətnini http://www.day.kiev.ua/ru/article/ukraina-incognita/100-let-odinochestva linkindən oxuya bilərsiniz.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik