Dövlət müşaviri: “Multikulturalizm İli”nin siyasi, ideoloji, mədəni və mənəvi bəhrələrini gördük VİDEO

Bakı, 13 yanvar, AZƏRTAC
Dünyada gedən proseslərin fonunda Azərbaycan 2016-cı ili uğurla yola saldı. Hər birimiz “Multikulturalizm İli”nin siyasi, ideoloji, mədəni və mənəvi bəhrələrinin şahidi olduq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev yanvarın 13-də keçirdiyi mətbuat konfransında deyib.
Multikulturalizmin Azərbaycan modelinin bütün dünyaya səs saldığını vurğulayan Dövlət müşaviri bildirib ki, bu işdə bütün Azərbaycan ziyalıları, dövlət və hökumət qurumlarımız fəal iştirak etdilər.
“Multikulturalizm İli”nin təbii davamı kimi, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması çox böyük siyasi uzaqgörənliklə irəli sürülən ideyadır. Bu, həm Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə, həm də İslam dünyasında baş verən proseslərə nizam gətirmək istəyi ilə bağlıdır”, - deyə Kamal Abdullayev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2019 [12:41]
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbi başlayır
- 03.03.2018 [10:32]
Multikulturalizmin Azərbaycan modeli Romada təqdim olunub
- 27.02.2018 [13:48]
Hindistanda “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb
- 09.02.2018 [21:50]
Azərbaycan – nikbinliklə dolu ölkə
- 07.02.2018 [10:35]