102 YAŞLI NEFT YATAĞI
Yataqda kəşfiyyat aparan Pirallahı Dəniz Qazma İşləri İdarəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, bu strukturda əlavə 10 quyu da qazılacaqdır. İndi tikilməkdə olan 1100 nömrəli özül ilin sonuna qədər hazır olacaq və gələn ilin əvvəlində həmin özüldən yeni quyular qazılacaqdır. Lakin bu, kifayət deyildir. Ona görə də idarə növbəti ildə əlavə özüllər inşa etməyi də planlaşdırmışdır.