Yürgen Klinsmannın oğlu ABŞ millisinə çağırılıb VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Dünya və Avropa çempionu, Almaniya və ABŞ millilərinin keçmiş baş məşqçisi Yürgen Klinsmannın oğlu Conatan Klinsmann CONCACAF çempionatında iştirakı üçün ABŞ-ın gənclərdən ibarət yığmasına çağırılıb.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın gənclər yığmasının baş məşqçisi Tab Ramos Kaliforniya Universitetinin komandasında çıxış edən Klinsmannı turnirdə oynayacaq 20 futbolçu siyahısına daxil edib.
Yarış fevralın 17-dən martın 5-dək Kosta-Rikada keçiriləcək.
Y.Klinsmanna gəlincə, almaniyalı mütəxəssis 2011-ci ildən 2016-cı ilədək ABŞ yığmasını çalışdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]