Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Varvara balıqartırma müəssisəsinin açılışında iştirak edib YENİLƏNİB VİDEO

Yevlax, 16 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfəri çərçivəsində Varvara balıqartırma müəssisəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu gün ölkəmizdə qeyri-neft sektorunun şaxələndirilməsi və bir çox sahələri əhatə etməsi müşahidə olunur. Bu sırada Azərbaycanda balıqçılıq sənayesinin inkişaf etdirilməsi də xüsusi əhəmiyyətə malikdir. Ölkəmizdə qədim ənənələri olan balıqçılıq sənayesində yeni texnologiyaların tətbiq olunması, dünya standartlarına cavab verən ixrac məhsullarının hazırlanması indi qarşıda duran prioritet məsələlərdən biridir. Digər tərəfdən bu sənaye sahələrinin regionlarda inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan məqsədlərin reallaşdırılması bölgələrdə başlanan inkişaf proseslərinin daha güclü xarakter almasına imkan verir. Belə müəssisələrdən biri də Varvara balıqartırma müəssisəsidir. İstehsal gücünə, perspektiv inkişaf imkanlarına görə nəinki MDB məkanında, eləcə də Avropa ölkələrində analoqu olmayan müəssisə üç sahədən - Mingəçevir Su Anbarındakı müxtəlif tutumlu 87 balıqsaxlama və böyütmə qəfəsindən, müxtəlif tutumlu 91 hovuzdan ibarət inkubasiya sahəsi və ümumi sahəsi 60 hektara yaxın olan Varvara balıqartırma və yetişdirmə sahəsindən ibarətdir. Müəssisənin Mingəçevir Su Anbarındakı qəfəslərində 20 min ədədə yaxın nərə növündən olan balıq bəslənilir. Bu balıq növləri müəssisənin inkubasiya sahəsində yetişdirilərək müəyyən mərhələyə çatdıqdan sonra xüsusi şəraitdə qəfəslərə köçürülür. Gün ərzində xüsusi rejimdə və təbii yemlərlə bəslənən balıqlar bəlli çəkiyə çatandan sonra Varvara Balıqartırma və yetişdirmə sahəsinə köçürülür. Qəfəslərə müəssisənin ayrıca təlim görmüş 24 əməkdaşı qulluq edir. Ümumi sahəsi 9066 kvadratmetr olan qəfəslərin istehsal gücü 317 ton 312 kiloqramdır. 91 vannadan ibarət olan və 474 kvadratmetr sahəni əhatə edən inkubasiya sexində müxtəlif növ balıq kürülərindən inkubasiya yolu ilə körpə balıqlar alınır. Körpə balıqlar nəzərdə tutulan çəkini alana qədər burada yemlənir. Sonra isə növbəti mərhələyə start verilir. İnkubasiya sexinin ümumi istehsal gücü 2,5 tondur. Bu ərazidə, eyni zamanda, ümumi tutumu 150 ton olan 5 soyuducu anbar, o cümlədən şoklama soyuducusu inşa olunub. Bununla belə, bu sahədə regionun ən böyük hisləmə sexi və yem anbarı yerləşir. Müəssisənin əsas hədəfi istehsal etdiyi kürü və balıq məhsullarını “Made in Azerbaijan” brendi altında çoxsaylı xarici ölkələrə ixrac etməkdir. Gələcək illərdə müəssisədə istehsal imkanlarının genişləndirilməsi hesabına əlavə 1500 yeni iş yerinin açılması nəzərdə tutulub.

Varvara balıqartırma müəssisəsinin direktoru Məhəmməd Allahverdiyev dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, müəssisənin yaradılmasına 2008-ci ildən başlanılıb. Müəssisənin ümumi sahəsi 750 min kvadratmetr, su sahəsi isə 85 min kvadratmetrdir. Burada nərəcinsli balıqlar üçün 17, axçalı balıqlar üçün isə 11 nohur yaradılıb. Müəssisədə ilkin mərhələdə ildə 15 min kiloqram qara kürü, 112 min kiloqram axçalı balıqlar, yəni sazan, ağamur, enlialın, 200 min kiloqram nərəcinsli balıqlar, 28 milyon nərəcinsli balıq körpəsi istehsal ediləcək. 2020-2023-cü illərdə nərəcinsli balıq körpələrinin sayını 50 milyona çatdırmaqla qara kürü və balıq əti istehsalının artırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev müəssisənin fəaliyyətini və inkişaf istiqamətini əks etdirən stendlərə baxdı.

Dövlətimizin başçısına müəssisənin inkişaf planı, ərazidəki tikililər və Mingəçevir su hövzəsinin balıqartırma sahəsi barədə məlumat verildi. Bildirildi ki, Mingəçevir su hövzəsinin balıqartırma sahəsində tor yumaq üçün üzən qurğu və üzən qaldırıcı kran da var. Mingəçevir balıq zavodunda isə inkubasiya sexi, beton hovuzlar, soyuducu və yem anbarları, helikopter meydançası, yeməkxana, ofis binası, qazanxana da inşa olunub.

Məlumat verildi ki, Varvara balıqartırma müəssisəsində istehsal ediləcək nərəcinsli körpələrin bir qismi müəssisədə saxlanılacaq, bir qismi isə IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Kür çayına buraxılaraq Xəzər dənizinin bioresurslarının bərpasına yönəldiləcək. Hazırda müəssisədə müxtəlif yaşda və çəkidə 93 min 665 ədəd, o cümlədən 1762 ədəd kələmo, 4 min 964 ədəd hibrid, 16 min 689 ədəd nərə, 15 min 524 ədəd uzunburun (sevrüqa) və 54 min 726 ədəd bölgə (beluqa) balıqları var.

Müəssisədə quraşdırılan xüsusi ultrasəs müayinəsi aparatı ilə balıqlarda kürünün hansı səviyyədə olması yoxlanılır. Bu isə kürüalmada daha səmərəli üsullardan hesab olunur. Balıqlar tam təbii yemlərlə qidalanır. Nərəcinsli balıqların körpələri Rusiyanın Həştərxan vilayətindən gətirilib, Xıllı nərə balıqartırma zavodundan alınıb, bəziləri isə müəssisədə inkubasiya edilib.

Müəssisənin kürü emalı sahəsində olan dövlətimizin başçısına məlumat verildi ki, bu sahə müasir tələblər səviyyəsində qurulub.

Prezident İlham Əliyevə kürünün konservləşdirilməsi prosesi nümayiş etdirildi.

Körpə balıqların yemlənməsi üçün müəssisədə təbii yem və qara kürü sahələri yaradılıb, soyuducular, ehtiyat elektrik generatorları, transformator və videomüşahidə sistemi qurulub, optik internet xətti çəkilib və 29 nəqliyyat vasitəsi alınıb. Burada müasir laboratoriyalar və hər saatdan bir suyun temperaturunu, tərkibini və oksigenini ölçmək üçün cihazlar qurulub.

Bildirildi ki, istehsal edilən məhsulların bir hissəsinin yerli bazarlara çıxarılması, bir hissəsinin isə ixrac edilməsi nəzərdə tutulur. Hazırda müəssisədə 247 nəfər daimi iş yeri ilə təmin olunub. Burada orta əməkhaqqı 500 manatdır.

Onu da deyək ki, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu ilə birgə balıqşünas, ixtioloq, ixtiopatoloq, bioloq ixtisasları üzrə mütəxəssislərin hazırlanması istiqamətində tədbirlər həyata keçirilir.

Müəssisənin ərazisində helikopter meydançası, anbarlar və digər zəruri tikililər inşa edilib. Müəssisənin ofis binası da müasirliyi ilə diqqət çəkir. Burada inzibati otaqlar, iclas və konfrans zalları işçilərin ixtiyarına veriləcək. Ofis binasında xüsusi qonaqlar üçün istirahət otaqları, yeməkxana və digər otaqlar yaradılıb.

Müəssisə ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Varvara balıqartırma müəssisəsinin açılışında iştirak edib YENİLƏNİB VİDEO

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək?

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq