SİYASƏT
Kristofer Qann: Qafqazşünasların Birinci Beynəlxalq Forumu regionda sülhə töhfələr verəcək VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
Qafqaz böyük tarixə malik və dünyaya örnək olacaq bir regiondur.
AZƏRTAC xəbər verir ki, bu fikri Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumunda ABŞ-ın Koastal Karolina Universitetinin professoru Kristofer Qann deyib.
Amerikalı professor bu Forumda iştirak etməyin onun üçün şərəf olduğunu deyib. O, dünyada Qafqaz regionuna diqqətin ayrılmasının vacibliyini bildirərək deyib: “Multikulturalizm nöqteyi nəzərindən bu region dünyaya örnəkdir. Biz bu Forumda Qafqaz regionundakı vəziyyəti nəzərdən keçirəcəyik. Əminəm ki, bu Forumun nəticələri elmimizə, sülhə töhfələr verəcək”.