Azərbaycan Dövlət İnformasiya Agentliyi

Okada Kunio: Azərbaycan böyük və parlaq gələcəyin başlanğıcındadır VİDEO

Tokio, 23 iyun, AZƏRTAC 

Azərbaycan böyük və parlaq gələcəyin başlanğıcındadır, xalqınızı xoşbəxt gələcək gözləyir. Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Yaponiyanın Rusiya və MDB ölkələri ilə ticarət Assosiasiyasının (ROTOBO) direktor müavini Okada Kunio deyib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Cənab Okada, siz Yaponiyanın Rusiya və MDB ölkələri ilə ticarət Assosiasiyasının direktor müavini kimi Azərbaycan ilə ticarət əlaqələrinin qurulmasında yaxından iştirak edirsiniz. Həmin əlaqələrin bugünkü səviyyəsi barədə nə deyə bilərsiniz?

- Əvvəla qeyd edim ki, adından göründüyü kimi bizim Assosiasiya Rusiya və MDB ölkələri ilə Yaponiya arasında ticarət əlaqələrinin qurulması ilə məşğuldur. Məqsədimiz yapon şirkətləri ilə həmin ölkələrin şirkətləri arasında biznes əlaqələrinin qurulması və qarşılıqlı ticarətin reallaşdırılmasıdır. Assosiasiyamız 1967-ci ildən fəaliyyət göstərir. Burada 150-yə yaxın yapon şirkəti birləşib. Bizim tərəfimizdən toplanan məlumatlar Yaponiya hökumətinə, şirkətlərə təqdim edilir və məqsədəuyğun hesab edildiyi təqdirdə həyata keçirilir. Ötən müddətdə çoxsaylı layihələrin reallaşmasına yardım etmişik. Doğrusunu deyim ki, Azərbaycan müstəqilliyini yeni bərpa etmiş ölkə kimi Yaponiyada hələ kifayət qədər yaxşı tanınmayıb. Yaponiyada Azərbaycan məhsullarının daha geniş tanınması üçün əlimizdən gələni edirik. Bildiyiniz kimi, Yaponiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. İndiyədək həmin komissiyanın həm Bakıda, həm də Tokioda doqquz iclası keçirilib. Sonuncu, doqquzuncu iclas cari ilin fevralında Bakıda baş tutub. Həmin iclaslar zamanı ötən dövrdə görülən işlərə yekun vurulmaqla yanaşı, həm də qarşılıqlı maraq doğura biləcək yeni layihələr barədə məlumatlar verilir, təqdimatlar keçirilir. Bu materiallar Assosiasiya tərəfindən kitabça halında yapon dilində dərc edilərək şirkətlərə göndərilir.

Bundan əlavə, Yaponiyanın JETRO (Yaponiya Xarici Ticarətin İnkişafı Təşkilatı) təşkilatının xətti ilə Azərbaycan şirkətləri Beynəlxalq “Foodex Japan” Qida və İçki Sərgisinə qatılmağa başlayıblar. Məhz bu sərgidə iştirakdan sonra “Şərq Ulduzu” şirkətinin şərabları Yaponiya bazarına daxil olub. “Gilan Holding”in “Jalə” nar şirələri də artıq Yaponiya bazarında özünə yer etməkdədir. Eyni zamanda, bu il ilk dəfə olaraq “Azərsun Holding” MMC həmin sərgidə məhsullarını yapon iş adamlarına təqdim edib.

Fikrimcə, “Made in Azerbaijan” brendinin Yaponiyada daha geniş tanınması istiqamətində işləri daha da intensivləşdirmək lazımdı. Azərbaycan yalnız karbohidrogen ixracatçısı kimi deyil, həm də qeyri-neft sektoruna məxsus yüksək keyfiyyətli məhsulların tanınması istiqamətində uğurlar qazana bilər. Yaponiya bazarı çox böyükdür və demək olar ki, dünyanın bütün ölkələri ilə ticarət əlaqələri var. Digər tərəfdən Yaponiyada rəqabət də çox güclüdür. Lakin buna baxmayaraq düşünürəm ki, yüksək keyfiyyəti, xüsusi tamı ilə seçilən Azərbaycanın qida məhsullarının, içkilərinin bir brend olaraq Yaponiyada daha geniş tanınacağı gün o qədər də uzaqda deyil. Sadəcə bu istiqamətdə işlər davam etdirilməli və yapon alıcılara Azərbaycan məhsulları barədə məlumatlar daha geniş diapazonda, ardıcıl olaraq çatdırılmalıdır.

- Azərbaycanın son illər əldə etdiyi uğurlar dünyanın başqa ölkələri kimi Yaponiyanın da diqqətini cəlb edib. Ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilib. Siz dəfələrlə Azərbaycana səfər edərək ölkəmizlə yaxından tanış olmusunuz. Azərbaycan haqda fikirlərinizi bilmək maraqlı olardı.

- Bildiyiniz kimi, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü qeyd olunur. Yəni artıq 25 ildir ki, Yaponiya ilə Azərbaycan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq uğurla davam edir. Səmimi deyim ki, həqiqətən də Azərbaycanın cəmi 26 il bundan əvvəl müstəqilliyini bərpa etməsinə baxmayaraq, uğurları çox böyükdür. Düşünürəm ki, bunun əsasında düzgün istiqamətlənmiş strategiya və dövlət rəhbərliyinin dərindən düşünülmüş siyasəti dayanır. Eyni zamanda, gənc ölkənizdə gənclərə xüsusi önəm verilir. Məsələn, Azərbaycanın Yaponiyadakı səfiri gənc olmasına baxmayaraq, çox fəal işləyir. Demək istəyirəm ki, Azərbaycanda gənclərə göstərilən diqqət, etibar və inam ölkənizin qazandığı uğurlarda mühüm rol oynayır. Gənclər siyasəti, insan kapitalının formalaşması istiqamətində görülən işlər, dünyanın inkişaf etmiş ölkələrinə təhsil üçün göndərilən gənclərin qayıdaraq öz bilik və bacarığını doğma vətənlərinin inkişafı üçün tətbiq etməsi öz müsbət nəticələrini göstərir.

Beynəlxalq tədbirlərə gəlincə isə, deyə bilərəm ki, həmin tədbirlər Azərbaycanın qazandığı uğurları tanıtmaq baxımından xüsusi əhəmiyyətə malikdir. İstər beynəlxalq səviyyəli siyasi tədbirlər, müxtəlif forumlar, istərsə də “Eurovision” kimi musiqi və ilk Avropa Oyunları, Formula-1 Qran Prisi kimi idman yarışları Azərbaycanı dünyaya tanıdan mühüm vasitələr kimi böyük nəticələrə aparıb çıxara bilər. Müəyyən mənada bu mənə Yaponiyanın təcrübəsini xatırladır. Azərbaycan hökumətinin yalnız paytaxta deyil, eyni zamanda, regionlara göstərdiyi diqqət də ölkənizin turizm potensialının tanıdılması baxımından əhəmiyyətlidir. Azərbaycanda turizmin inkişafı, müvafiq infrastrukturun - yolların və mehmanxanaların beynəlxalq standartlar səviyyəsində tikintisi oraya dünyanın hər yerindən turistlərin axınına səbəb olacaq. Eyni zamanda, Azərbaycana səfər üçün viza verilişi prosedurlarının sadələşdirilməsi, investisiya qoyuluşu və xarici biznesmenlərin fəaliyyəti üçün müvafiq qanunvericiliyin formalaşması da bu istiqamətdə atılan mühüm addımlardır. Bütün bunlar ölkənizin müsbət imicinin yaranması və yayılmasına çox böyük təsir göstərir.

Düşünürəm ki, Azərbaycan böyük və parlaq gələcəyin başlanğıcındadır, xalqınızı xoşbəxt gələcək gözləyir.

- Siz, eyni zamanda, Azərbaycana səfərləriniz zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevlə də ünsiyyətdə olmusunuz. Bir siyasətçi və dövlət xadimi kimi onu necə xarakterizə edərdiniz?

- Doğrusunu deyim ki, ilk görüşdən Heydər Əliyev mənə böyük şəxsiyyət, təcrübəli dövlət xadimi kimi çox güclü təsir bağışlamışdı. Məni ən çox heyrətləndirən onun fenomenal yaddaşa malik olması idi. Bizim ilk görüşümüzdə onun bütün çıxışı zamanı heç bir qeyddən, yəni hər hansı bir vərəqdən istifadə etmədən danışması məni çox təəccübləndirmişdi. İşimlə bağlı görüşdüyüm dövlət xadimləri arasında Heydər Əliyev ilk siyasətçi idi ki, böyük bir görüşdə aparılan danışıqların səviyyəsinə, istifadə edilən faktlara baxmayaraq fikirlərini heç bir qeyddən istifadə etmədən ifadə edirdi. Növbəti görüşümüzdə isə o məni daha çox heyrətləndirdi. İşinin həcminə, görüşdüyü çoxsaylı insanlara baxmayaraq, Heydər Əliyev məni görən kimi tanıdı. Sanki biz onunla bir neçə ay deyil, cəmi bir neçə gün qabaq görüşmüşdük. Bu mənə çox xoş təsir bağışladı.

Fikrimcə, Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında, neft strategiyasının hazırlanmasında, dünya dövlətləri cərgəsində öz yerini tutmasında Heydər Əliyev əvəzsiz xidmətlər göstərib. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması kimi çox mürəkkəb vəzifənin öhdəsindən o, çox böyük bacarıqla gəldi. Həmin vaxt bütün dünyanın diqqəti Azərbaycanda idi. Heydər Əliyev böyük karbohidrogen ehtiyatlarına malik Azərbaycan gəmisinin əsil kapitanı kimi özünü göstərdi. “Əsrin müqaviləsi” kimi mühüm beynəlxalq sənədin hazırlanması, Xəzər neftinin dünyanın aparıcı şirkətlərinin cəlb edilməsi yolu ilə beynəlxalq bazarlara çıxarılması kimi böyük bir şahmat oyununu çox böyük ustalıqla başa çatdırdı. Bu gün Azərbaycanın qazandığı böyük uğurlar həmin vaxt atılan addımların düzgünlüyünü birbaşa təsdiq edir.

Heydər Əliyev, eyni zamanda, Azərbaycan ilə Yaponiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın qurulmasında da mühüm rol oynayıb, qarşılıqlı münasibətlərin əsasını qoyub. Yaponiyaya cəmi bir dəfə səfər etməsinə baxmayaraq, bu gün də onu bu Gündoğar ölkədə çox böyük hörmətlə anır və xatirəsini yüksək qiymətləndirirlər.

- Maraqlı müsahibəyə görə çox sağ olun.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Okada Kunio: Azərbaycan böyük və parlaq gələcəyin başlanğıcındadır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb