10 APREL
2009-cu il. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamına əsasən, hər il aprelin 10-nun ölkədə “İnşaatçılar günü” peşə bayramı kimi qeyd olunmasına başlanılıb.

1914-cü il. Xalq yazıçısı Qılman İlkinin (Qılman Musayev) doğum günü (1914-2009). “Qalada üsyan”, “Şimal küləyi”, “Hədiyyə”, “Dağlı məhəlləsi”, “Dəniz qapısı”, “Madam Qədri” kitablarının müəllifi olan Qılman İlkin "Kölgələr sürünür", "Yenilməz batalyon" bədii filmlərinin və bir neçə televiziya filminin ssenarisini də yazıb.

1932-ci il. Hollivud aktyoru Ömər Şərifin doğum günü (1932-2015). Misirin İsgəndəriyyə şəhərində anadan olan Ömər Şərif “Məzəli qız" (1968), "Makkennanın qızılı" (1969), "Çingiz xan" (1965) və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. 1962-ci ildə "Oskar" mükafatı alıb.

2010-cu il. Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin təyyarəsi Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində Lex Kaçinski və Polşanın yüksək vəzifəli şəxsləri də daxil olmaqla, 97 nəfər həlak olub. Lex Kaçinski Smolenskə 1940-cı ildə Xatında güllələnmiş polyak hərbçilərin xatirəsini yad etməyə gedirdi.