10 MART
1873-cü il. Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası nümayiş etdirilib. Həmin tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilir.

2007-ci il. Bakıda Türkiyə səfirliyinin yeni binası açılıb.
2004-cü il. Bakı Beynəlxalq Aeroportunun adı dəyişdirilərək Heydər Əliyev Beynəlxalq Aeroportu adlandırılıb.

1920-ci il. Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib. Cəmiyyət müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varislərindən sayılır. Cəmiyyətin yaradılmasının təşəbbüskarı general Əliağa Şıxlinski olub.
Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 300 minədək üzvü var ki, onların da 20 mini könüllülərdir.

1915-ci il. Azərbaycanın ilk balet rəqqasəsi, SSRİ Xalq Artisti Qəmər Almaszadənin doğum günü (1915-2006).
Qəmər Almaszadə 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət mahnı və rəqs ansamblının əsasını qoyub. "Yeddi gözəl", "Qız qalası", "Qu gölü", "Don Kixot", "Jizel" və digər baletlərə quruluş verib. Fransa, Hindistan və Nepalda çıxışlar edib. 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunub. 1990-cı illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi fəaliyyət göstərib.

2006-cı il. Beynəlxalq Böyrək Fondunun və Amerika Nefroloji Assosiasiyasının təşəbbüsü ilə Dünya Böyrək Günü təsis olunub. Bu gün hər il mart ayının ikinci cümə axşamı qeyd olunur.
Builki Dünya Böyrək Günü "Uşaqlar və böyrək xəstəlikləri. Böyrək xəstəliklərinin yayılma dərəcəsini azaltmaq üçün tez hərəkətə keçin" devizi altında keçirilir.

1919-cu il. Çində köləlik ləğv edilib

1940-cı il. Yaponiyanın paytaxtı Tokio bombardman edilib. Amerika Birləşmiş Ştatlarına məxsus B-29 tipli 344 döyüş təyyarəsi şəhərə napalm bombaları atıb.