Türkiyə parlamentində 20 Yanvar faciəsindən danışılıb VİDEO

İstanbul, 17 yanvar, AZƏRTAC
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Türkiyə Böyük Millət Məclisində (TBMM) 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, N.Ünüvar 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qanunsuz qoşun yeritməsindən və bu hadisənin acı nəticələrindən danışıb. O vurğulayıb ki, Türkiyə xalqı bu faciənin acılarını Azərbaycan xalqı ilə bölüşür.
TBMM-nin iclasında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də iştirak edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2025 [21:56]
Energetika nazirinin müavini NATO-nun mənzil-qərargahında olub
- 13.06.2025 [17:48]
Azərbaycan tərəfi İrandan təxliyələrin həyata keçirilməsinə dəstək göstərir
- 13.06.2025 [17:00]
Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB VİDEO
- 13.06.2025 [13:30]