Azərbaycan Dövlət İnformasiya Agentliyi

IFAC-ın növbəti beynəlxalq konfransı 38 ildən sonra Bakıda keçiriləcək VİDEO

IFAC-ın növbəti beynəlxalq konfransı 38 ildən sonra Bakıda keçiriləcək VİDEO

Bakı, 11 sentyabr, AZƏRTAC

Avtomatika və robotika sahəsində dünyanın ən nüfuzlu qurumu hesab edilən Avtomatik Nəzarət üzrə Ümumdünya Təşkilatının (IFAC) 18-ci beynəlxalq elmi konfransı sentyabrın 13-dən 15-dək Bakıda təşkil olunacaq. Konfrans “Azərbaycan Robotika və Avtomatlaşdırma” Cəmiyyətinin (ARAS) və Avstriyanın Vyana Texnologiyalar Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək. ARAS-ın təsisçisi, İstanbuldakı Azərbaycan Birlik Təşkilatının qurucusu, Avstriyada Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyasının yaradıcısı, texnika üzrə fəlsəfə doktoru Bahadur İbrahimov AZƏRTAC-a müsahibəsində ölkəmizin bu cür mötəbər tədbirə ev sahibliyi etməsinin əhəmiyyətindən danışıb.

- IFAC kimi nüfuzlu təşkilata üzv olmaq ARAS üçün hansı perspektivlər vəd edir?

- Əvvəlcə onu deyim ki, 1957-ci il sentyabrın 12-də Parisdə təsis olunan IFAC 1978-ci ildən Avstriya hökumətinin dəvəti və dəstəyi ilə fəaliyyətini bu ölkənin Laksenburg şəhərində davam etdirir. Avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə 49 ölkənin təşkilatlarını özündə birləşdirən IFAC il ərzində onlarla beynəlxalq tədbir keçirir. Hazırda bu qurum robotikanın əsasını təşkil edən avtomatlaşdırma və nəzarət mexanizmləri üzrə dünyada ən nüfuzlu təşkilat hesab olunur.

Avtomatika və robotika sahəsində səmərəli fəaliyyət göstərən ARAS qısa vaxtda müvafiq istiqamətdə bir sıra uğurlara imza ataraq IFAC-ın üzvü seçilib. Bu cür mötəbər qurumun üzvü seçilmək bizim üçün sevindirici hal olmaqla yanaşı, həm də üzərimizə böyük öhdəliklər götürmək deməkdir. Ciddi təşkilatlanma prosesi keçmiş ARAS üçillik yoxlama və namizədlik mərhələsini başa vurduqdan sonra bu il iyunun 7-də IFAC-ın üzvlüyünə qəbul edilib. Bu nüfuzlu quruma üzv seçilməkdə ən başlıca məqsədimiz IFAC-ın tərkibində azərbaycanlı alimlər üçün beynəlxalq konqreslərdə iştirak və çıxış etmək, səs vermək kimi hüquqlara sahibolma imkanları yaratmaqdır. Çünki IFAC alimlərimiz üçün öz potensiallarını nümayiş etdirmək baxımından önəmli platforma ola bilər.

- IFAC-ın növbəti konfransının Bakıda keçirilməsi, sözsüz ki, Azərbaycan elmi üçün mühüm hadisədir. Tədbirin keçirilməsinin əsas məqsədi və gözlənilən nəticələr barədə nə deyə bilərsiniz?

- IFAC-ın 18-ci beynəlxalq konfransının Bakıda keçirilməsinin məqsədi avtomatika və robotika sahəsi üzrə yeni tədqiqat nəticələrini təqdim etmək, ideya-təcrübə mübadiləsi aparmaq üçün tanınmış alim və mütəxəssisləri ölkəmizdə bir araya gətirməkdir. Tədbirdə 37 ölkədən, o cümlədən Azərbaycandan olan tanınmış alimlərlə yanaşı, İFAC-ın prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgover də iştirak edəcək. Zənnimcə, bu cür nüfuzlu konfransın ölkəmizdə təşkil edilməsi alimlərimiz üçün böyük imkanlar açacaq. Onu da bildirim ki, konfransda iştirakın ödənişli olmasına baxmayaraq dünyanın müvafiq sahə üzrə tanınmış alimləri bu tədbirə qatılmağa böyük həvəs göstərirlər. Belə ki, konfransda iştirak üçün 370-dən çox alimin həmmüəllifi olduğu 200 məqalə toplanılıb. Bu da konfransın əhəmiyyətindən, dünyada avtomatika və robotika sahəsinə olan maraqdan xəbər verir. Tədbir üçün seçilən məqalələr nüfuzlu impakt faktorlu jurnalları nəşr edən “Elsevier” nəşriyyat evi tərəfindən toplu halında çap olunacaq. Konfransa qatılacaq alimlər əmindirlər ki, tədbirdə dinləniləcək məruzələr, müzakirə olunacaq mövzular, təqdim ediləcək yeni kəşflər onların elmi fəaliyyətinə müsbət təsir göstərəcək. Bu məqamları nəzərə alaraq, ARAS azərbaycanlı alimlərin konfransda iştirakları üçün ödənişi öz üzərinə götürüb. Bunu etməkdə əsas məqsədimiz alimlərimizin avtomatika və robotika sahəsinə olan maraqlarını artırmaq, onlara tədqiqatlarının nəticələrini dünyanın tanınmış alimləri ilə müzakirə etməyə və dünyanın məşhur elm adamları ilə əlaqə qurmağa şərait yaratmaqdır. IFAC-ın Bakıda ilk və son toplantısı 1980-ci ilin aprelində ulu öndər Heydər Əliyevin səyləri nəticəsində akademik Vadim Trapeznikovun elmi rəhbərliyi ilə keçirilib. Otuz səkkiz ildən sonra bu nüfuzlu beynəlxalq konfransa yenidən Bakının ev sahibliyi etməsi olduqca əlamətdar hadisədir.

- Konfransda aparılacaq müzakirələr hansı mövzuları əhatə edəcək?

- Tədbir avtomatik idarəetmənin texnika, iqtisadiyyat, robotika, tibb, sosial həyat və siyasət ilə əlaqəsini özündə əks etdirir. Konfransda “Kiçik və orta sahibkarlıq üzrə avtomatlaşdırma”, “Mexatronik sistemlər və robotlar”, “Bio-tibbi sistemlər”, “Avtomatlaşdırma və nəzarət mexanizmləri”, “Humanoid robotlar” və digər mövzularda təşkil olunacaq sessiyalarda alimlər ən yeni nailiyyətləri barədə məruzə edəcək, müzakirələr aparacaqlar. Bundan başqa, tədbirdə IFAC-ın texnologiya, mədəniyyət və beynəlxalq sabitlik komitəsinin 35 illik yubileyi qeyd olunacaq.

Konfrans çərçivəsində tədbir iştirakçılarının Azərbaycanın tarixi və görməli yerlərinə ekskursiyaların təşkili də nəzərdə tutulub. Məqsəd ölkəmizi təbliğ etmək, Azərbaycan həqiqətlərini dünyanın tanınmış alimlərinin diqqətinə çatdırmaqdır. Fürsətdən istifadə edərək tədbirin təşkilinə görə bizə daim dəstək göstərən Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Limanı, xarici ölkələrdəki səfirliklərimiz, “ADA” Universiteti, Bakı Ali Neft Məktəbi, Avstriya QHT-ləri və ali təhsil ocaqlarına minnətdarlığımı bildirirəm.

IFAC-ın növbəti beynəlxalq konfransı 38 ildən sonra Bakıda keçiriləcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır