Tverdə avtobusun marşrut taksisi ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Rusiyanın Tver vilayətində yerləşən Kalinin rayonunda sərnişin avtobusunun marşrut taksisi ilə toqquşması nəticəsində azı 13 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nekrasovo kəndində baş verib. Yaralılardan 4-nün vəziyyəti ağırdır və hazırda onlar əməliyyat olunurlar.
Tver vilayətinin prokurorluğu insidentlə bağlı nəqliyyat təhlükəsizliyinin təftişinə başlayıb.
Təhqiqat Komitəsi və prokurorluq nümayəndələri, həmçinin Tver vilayətinin qubernatoru İqor Rudenya qəzanın baş verdiyi əraziyə gəlib. Qubernatorun sözlərinə görə, marşrut taksisinin sərnişin daşınması ilə qanunsuz məşğul olduğu müəyyənləşib.