CAR-da qatar qəzası: azı 320 sərnişin xəsarət alıb VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Cənubi Afrika Respublikasında iki qatarın toqquşması nəticəsində azı 320 sərnişin xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, SABC teleradio kompaniyasının yaydığı məlumata görə, insident oktyabrın 5-nə keçən gecə Yohannesburq şəhərinin şərqində baş verib. Pretoriyaya gedən qatar Kempton-Park şəhərinin stansiyasında dayanan digər qatarla toqquşub.
Dəmir yolu kompaniyasının nümayəndəsinin sözlərinə görə, yaralılardan 32-nin xəsarətləri ağır olsa da, onların həyatları üçün təhlükə yoxdur.
CAR-ın Dəmir Yolunda Təhlükəsizlik İdarəsi hadisə ilə bağlı təhqiqat aparır və artıq bu gün ilkin nəticələri təqdim edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]