Hava hücumundan müdafiə bölmələri döyüş atışları icra edib VİDEO
Bakı, 18 oktyabr, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, keçirilən hava hücumundan müdafiə bölmələrinin taktiki təlimlərində “İQLA” daşınan zenit-raket komplekslərindən döyüş atışları icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.