Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cocuq Mərcanlıdan Qarabağa yayılan toy sədası REPORTAJ VİDEO

Cəbrayıl, 4 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Yolumuz yenə də adı dillər əzbəri olan və biz jurnalistlər üçün artıq doğma məkana çevrilmiş Cocuq Mərcanlı qəsəbəsinədir. O Cocuq Mərcanlıya ki, daşı-daş üstə qalmayan xarabazarlıqdan dövlətimizin qayğısı, insanların torpaq sevgisi və zəhməti sayəsində qısa müddətdə abad, müasir bir qəsəbəyə çevrilib.

AZƏRTAC-ın bölgə müxbirinin Cocuq Mərcanlıdakı ilk toydan hazırladığı reportajı təqdim edirik.

Cocuq Mərcanlıya budəfəki səfərimiz digərlərindən fərqlənir. Qəsəbəyə yaxınlaşdıqca daha aydın eşidilən şən musiqi sədaları qəlbimizi fərəh hissi ilə doldurur. 25 ildən sonra Cocuq Mərcanlıda ilk toy çadırı qurulub və yeni ailənin təməli qoyulur.

Toy yerinə yaxınlaşdıqca qarşımıza çıxan insanların tanış və doğma çöhrəsində eyni ifadəni görürük: sevinc və gələcəyə inam.

Həyətin bir tərəfində iri qazanlarda xörəklər buğlanır, manqalların üstündə çeşid-çeşid kabablar bişirilir. Gələn qonaqların ardı-arası isə kəsilmir.

Mağarın önündə bizi öz doğmaları kimi qarşılayan bəy və gəlinin valideynləri ilə görüşür, təbriklərimizi çatdırırıq. Gəlinin əmisi - Cocuq Mərcanlını heç vaxt tərk etməyən, doğma torpağa bağlılıq nümunəsi göstərən Oqtay Həziyev deyir: "Allaha şükürlər olsun ki, ordumuzun qüdrəti və dövlətimizin qayğısı sayəsində doğma torpağımızda, el-obamızın əhatəsində toy etmək də nəsib oldu. Hamımız sevinc içindəyik. Çünki Cocuq Mərcanlıda 25 ildən sonra ilk toy məclisi keçirilir. Bu, Cəbrayıl rayonunda, işğaldan azad edilmiş torpaqlarımızda ilk toydur. Cocuq Mərcanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanğıcı olduğu kimi, işğaldan azad edilmiş torpalarımızda toylarımızın da başlanğıcıdır. Allah cavanlarımızı xoşbəxt eləsin. Bu şəraiti bizim üçün yaradan Prezidentimizə minnətdarıq".

Bəy atası Maşallah Fərhadov söhbətə qoşulur: "Biz uzun illər bir arzu ilə yaşamışıq: torpaqlarımız düşməndən azad olunsun və övladlarımızın toyunu doğma yurdda edək. Şükürlər olsun ki, bu arzumuz da gerçəkləşdi. Həm yurd-yuvamıza qayıtmışıq, həm də burada övladlarımıza toy edirik. Allah bu səadəti doğma yurdlarından didərgin düşmüş digər soydaşlarımıza da nəsib eləsin".

Qonaqlardan biri, Bakı şəhərindən gələn Cəbrayıl rayonunun Mehdili kənd sakini Kamil Sadıqov isə deyir: "Uzun illərdən sonra öz torpağıma toya gəlmişəm. Bu toya ölkəmizin digər yerlərində məskunlaşmış Cəbrayıl sakinləri də gəliblər. Onlar heç də cocuq mərcanlılılardan az sevinmirlər. Əminəm ki, işğal altında olan bütün torpaqlarımız azad ediləcək, belə toy çadırları Qarabağımızın hər yerində qurulacaq".

Cocuq Mərcanlı toyu indiyədək gördüyümüz digər toylardan fərqlənir. Təmtəraqla bəzədilmiş toy mağarı, insanların deyib-gülməsi, yuxarı başda əyləşmiş bəy və gəlin, bir-birini əvəz edən təbriklər, ürək sözləri, ara verməyən rəqslər toydan çox möhtəşəm bayram şənliyini xatırladırdı. Ailənin yaxın qohumu Nəsibə Hüseynova sevincini belə ifadə edir: "Doğma kəndimizə qayıdışdan sonra şənliklərimiz, bayram tədbirlərimiz çox olub. Ancaq bu gün ilk dəfədir ki, Cocuq Mərcanlı sakinləri bir araya gəlib. Bu toyda bütün kənd sakinləri iştirak edir. Digər bölgələrdən və Bakıdan da qonaqlarımız var. Bu gün biz həm yeni qəsəbəmizin ilk toyunu, həm də uzun illərin ayrılığından sonra ellikcə bir araya gəlməyimizi bayram edirik".

O, rəqs edən cavanları göstərib deyir: "Cocuq Mərcanlının toylu-düyünlü günləri başlayır. İrəlidə bizi hələ çox toylar gözləyir".

Sonra xoş musiqi sədaları altında "Xınayaxdı" mərasimi başlayır. Qız-gəlinlər bəylə gəlini dövrəyə alır, gəlinin əlinə xına yaxırlar. Hər tərəfdən alqış səsləri eşidilir.

Artıq axşam düşmək üzrədir. Toy şənliyi isə davam edir. Qəsəbədən çıxanda ayaq saxlayıb, musiqi sədalarının bürüdüyü Cocuq Mərcanlıya və üçrəngli, ay-ulduzlu bayrağımızın dalğalandığı Lələtəpəyə baxırıq. Qəlbimizdə bir daha sonsuz fərəh və qürur hissləri oyanır.

Cocuq Mərcanlıdan Qarabağa yayılan toy sədası  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub