Azərbaycan Dövlət İnformasiya Agentliyi

Riqada “Heydər Əliyev irsi və Azərbaycanda multikulturalizm siyasəti” mövzusunda konfrans keçirilib VİDEO

Riqa, 11 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Azərbaycanın Latviyadakı səfirliyində “Heydər Əliyev irsi və Azərbaycanda multikulturalizm siyasəti” mövzusunda konfrans keçirilib. Konfransda ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən siyasət, elm və mədəniyyət xadimləri, media nümayəndələri və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda multikulturalizm ənənələri və bu sahədə aparılan dövlət siyasəti mövzusunda film nümayiş etdirilib.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, bu xüsusda Azərbaycanda multikultural dəyərlərin qorunması və təşviqi istiqamətindəki tarixi xidmətlərindən bəhs edib.

Səfir bildirib ki, müstəqil Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması məqsədilə ümummilli lider Heydər Əliyevin 2001-ci il 21 iyun tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycanda multikulturalizm ənənələri qədim tarixə əsaslansa da, onun dövlət səviyyəsində təşviqi ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında xüsusi dövlət qayğısı ilə əhatələnib.

C.Axundov, həmçinin vurğulayıb ki, Azərbaycanda müxtəlif dini təriqətlərin və millətlərin nümayəndələri daim sülh şəraitində yaşayıb. Ölkəmizdə heç vaxt milli və ya dini zəmində mübahisə olmayıb. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində vaxtilə Azərbaycan ərazisində çoxlu sayda məscidlərin, kilsələrin və sinaqoqların inşası Azərbaycanda multikulturalizmin təşviqinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bu gün Azərbaycan dövləti bütün dünyada tolerantlığa, mədəniyyətlərarası və dinlərarası dialoqa töhfələr verir. Həmçinin ölkədə müxtəlif səbəblərdən dağılmış və ya zədələnmiş dini abidələr bərpa olunur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə 814 məscid inşa olunub. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq, bir sıra məscidlərdə əsaslı təmir-bərpa və yenidənqurma işləri aparılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ən qədim məscidlərdən biri olan Şamaxı Cümə məscidi “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir olunub. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim Şəki şəhərindədir və onu hər il minlərlə xarici turist ziyarət edir. Bakıdakı molokanların ibadət evi tarixi abidə kimi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb. Roma Papası II İoann Pavelin Azərbaycana səfəri çərçivəsində yeni Katolik Kilsəsinin inşasının əsası qoyulub, Roma Papası Fransiskin 2016-cı ildəki səfəri zamanı isə həmin məbəddə dini ayinlər icra olunub.

Səfir qeyd edib ki, Bakıda neft emalının artması ilə ölkəmizə müxtəlif xalqların nümayəndələri - ruslar, gürcülər, ermənilər, polyaklar, almanlar köçüb gəlib. Bu günədək də onların nəsillərinin davamçıları Azərbaycanda yaşamaqdadır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb, lakin bizim ölkəmizdə hazırda 30 mindən çox erməni yaşayır. Bu faktın özü də Azərbaycandakı tolerantlığa ən bariz nümunədir.

Azərbaycan hazırda multikulturalizm, tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmizdə mütəmadi olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, Qlobal Bakı Forumu keçirilir. Səfir, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və onun həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqanın və üzvü, Latviyanın sabiq Prezidenti Valdis Zatlersin fəaliyyətini xüsusi vurğulayıb.

Daha sonra tədbirdə Latviya Universitetinin Akademik Kitabxanasının direktoru Venta Kotsere “Azərbaycan-Latviya mədəni dialoqu” mövzusunda çıxış edib. O bildirib ki, 1906-cı ildə Bakıda Latış Cəmiyyəti fəaliyyət göstərib. Latviyanın Azərbaycanda yaşayan ictimai xadimləri, yazıçıları, rəssamları, səyyahları bu şəhər barədə ən gözəl xatirələrini bölüşüblər. Hazırda kitabxanada o dövrə aid onlarla məktub, açıqca və xatirələr saxlanılır. Bəstəkar Yozef Medinç Azərbaycanın Opera və Balet Teatrında 1916-1922-ci illərdə dirijor kimi fəaliyyət göstərib.

V.Kotsere bildirib ki, 2017-ci ildə Latviya Universitetinin Akademik Kitabxanasının nəzdində Azərbaycan Mədəniyyət-İnformasiya Mərkəzi - Azərbaycan Guşəsi yaradılıb. Guşədə Azərbaycana dair 500-dən çox kitab var. Burada Azərbaycan dili kursları təşkil edilib. Latviyalı gənclər həmin kurslara böyük maraq göstərirlər. Həmçinin guşədə Azərbaycan səfirliyi ilə ortaq tədbirlər təşkil olunur.

Sonda qonaqlara Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət verilib.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

Riqada “Heydər Əliyev irsi və Azərbaycanda multikulturalizm siyasəti” mövzusunda konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib