Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Azərbaycan Respublikası Günü qeyd edilib VİDEO

Moskva, 29 may, AZƏRTAC

Mayın 28-də rusiyalı siyasətçilər, mədəniyyət xadimləri və elmi ictimaiyyətin nümayəndələri ölkəmizin Moskvadakı səfirliyi tərəfindən təşkil olunmuş qəbulda Azərbaycanı Respublika Günü münasibətilə təbrik etməyə gəlmişdilər.

AZƏRTAC xəbər verir ki, qonaqları Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu salamlayıb. Diplomat Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi barədə məlumat verərək vurğulayıb ki, AXC müsəlman Şərqində demokratik prinsipləri və dəyərləri, habelə azadlıq və demokratiya ideallarını təcəssüm etdirən ilk parlament respublikası olub. Səfir xatırladıb ki, bu il Respublika Günü bayramı ilə bərabər Azərbaycanın diplomatik xidmət orqanının yaradılmasının 100 illiyi də qeyd edilir.

Səfir tədbirə toplaşanlara müraciətlə deyib: “1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyi haqqında Təlimat qəbul edilib. Bununla əlaqədar, Prezident İlham Əliyevin Sərəncamına əsasən iyulun 9-u Azərbaycanda diplomatik xidmət əməkdaşlarının peşə bayramı kimi qeyd edilir”. Onun sözlərinə görə, dövlətçilik tarixi diplomatiyanın tarixi ilə sıx bağlıdır. Səfir deyib: “Sovet dövrü başa çatandan, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən sonra Azərbaycan diplomatiyası mürəkkəb təşəkkül mərhələlərindən keçib, siyasi reallığa daxil olub. İndiki Azərbaycan diplomatiyası ümummilli lider, xalqımızın görkəmli oğlu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə yaradılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan XİN-in sabit strukturu formalaşıb. Hazırda dünyanın 70-dən çox ölkəsində öz nümayəndəliyi olan Azərbaycan XİN dövlət başçısının xarici siyasət kursunu reallaşdırır”.

P.Bülbüloğlu vurğulayıb ki, əsasını milli maraqlar təşkil edən ölçülüb-biçilmiş, çoxvektorlu xarici siyasət sayəsində Azərbaycan dövləti 30 ildən çoxdur ki, ona münasibətdə hərbi təcavüz siyasəti yürüdən, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistan müstəsna olmaqla, dünyanın bütün dövlətləri ilə dostluq əlaqələrini və qarşılıqlı faydalı münasibətlərini davam etdirir. O deyib: “Ermənistanda başa düşməlidirlər ki, dünya birliyi hərbi təcavüzün nəticələrini heç vaxt legitim hesab etməyəcək”.

Səfir qeyd edib ki, silahlı münaqişələrin dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tezliklə nizamlanması bugünkü narahat dünyamızda ümumi etimad mühiti yaradılması üçün əsas şərtdir. Azərbaycan səfiri deyib: “Prezident İlham Əliyev öz fikrini belə ifadə edib ki, biz proses xatirinə danışıqları imitasiya etməyə yox, bu məsələni “ölü nöqtə”dən tərpədə biləcək real danışıqlar aparmağa hazırıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi həllinin tapılması məsələsində ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə Rusiyanın çox mühüm rol oynaya biləcəyini vurğulamaq lazımdır”.

Diplomat qeyd edib ki, Azərbaycan regiondakı bütün ölkələrlə mehriban qonşuluq siyasətinin tərəfdarıdır. P.Bülbüloğlu deyib: “Bununla əlaqədar xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan Rusiya ilə əsrlərboyu formalaşmış dərin tarixi və mədəni əlaqələrə qayğı ilə yanaşır. Dövlətlərimizin liderləri arasında şəxsi əlaqələr və etimada əsaslanan münasibətlər hərtərəfli strateji əməkdaşlıq üçün möhkəm və əlverişli zəmin yaradır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz mehriban dostlar və etibarlı qonşularıq. Azərbaycan Respublikası Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə dünənki təbrik məktubunda qeyd edildiyi kimi, Rusiyada da Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirlər. Rusiya Prezidenti əmin olduğunu bildirib ki, bütün sahələrdə səmərəli ikitərəfli əlaqələr, habelə dost xalqlarımızın köklü mənafelərinə cavab verən regional sabitliyin və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş konstruktiv qarşılıqlı fəaliyyət birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək”.

Təntənəli tədbirdə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin də çıxış edib. Nazir müavini vurğulayıb ki, Rusiya ilə Azərbaycanın bugünkü ikitərəfli münasibətləri möhkəm təməl üzərində qurulub. O deyib: “Regionlar, idarələr arasında və əlbəttə, ilk növbədə, dövlətlərimizin başçıları - daim bir-biri ilə əlaqə saxlayan Prezident Vladimir Putin ilə Prezident İlham Əliyev arasında etimada əsaslanan səmimi, qeyri-formal münasibətlər formalaşıb. Təkcə 2018-ci ildə Rusiya və Azərbaycan Prezidentləri altı dəfə görüşüblər. Dünyada indiki şəraitdə əlaqələndirmənin və qarşılıqlı etimadın belə səviyyədə olması xüsusilə vacibdir”.

Q.Karasin qeyd edib ki, Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrinin miqyası və keyfiyyəti ilbəil artır, ticari-iqtisadi əlaqələr inkişaf edir. İndi ikitərəfli “Rusiya-Azərbaycan” sammitinə hazırlıq gedir. 2018-ci ilin sentyabrında Prezident İlham Əliyevin Soçiyə rəsmi səfəri zamanı imzalanmış 2024-cü ilə qədər olan dövr üçün əməkdaşlığın əsas istiqamətləri üzrə fəaliyyət planının reallaşdırılması üzrə ciddi iş aparılır. Rusiyalı diplomat deyib: “Regionlararası kooperasiyanın müstəsna dərəcədə möhkəm təməli yaranıb. Bu gün RF-nin 17 subyektinin Azərbaycan ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişləri qüvvədədir. 72 regionun şirkətləri Azərbaycan istiqamətində ixrac-idxal əməliyyatları aparır. Rusiya-Azərbaycan regionlararası forumu mühüm rol oynayır. Keçən il bu forumun işində prezidentlər də iştirak ediblər. Bu il Rusiyada onuncu, yubiley forumu keçirməyə hazırlaşırıq”.

Q.Karasin xatırladıb ki, 2020-ci ildə Samur çayı üzərindən strateji əhəmiyyətli körpünün tikintisi başa çatacaq. Bu körpü sərhəddə yüklərin buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Rusiyalı turistlərin Azərbaycana marağı ilbəil artıq. Hazırda Rusiya Azərbaycana səfər edən turistlərin sayına görə birinci yerdədir - 800 min nəfər. Humanitar sahədə qarşılıqlı fəaliyyət Rusiya ilə Azərbaycanın əməkdaşlığında dəyişməz prioritet kimi qalır. Ölkələrimizə miras qalmış ümumi dil, təhsil və mədəni məkanın möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verilir. Q.Karasin vurğulayıb: “Hazırda Rusiyada Azərbaycanın 15 minə yaxın vətəndaşı təhsil alır. Rusiyanın aparıcı ali məktəblərinin - Moskva Dövlət Universitetinin və Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycandakı filialları uğurla işləyir. Yaxın gələcəkdə MDBMİ-nin filialının açılacağı gözlənilir. Beləliklə, Rusiya Azərbaycan elitasının gələcək nəsillərinin hazırlanmasını öz töhfəsini verir”.

Nazir müavini qeyd edib ki, praktiki olaraq Azərbaycanın hər yerində - Bakıda, Lənkəranda və Gəncədə rus dilinə qayğıkeş münasibət bəslənilir, insanlar bu dildə sərbəst danışırlar. Azərbaycanda təhsilin rus dilində olduğu 300-dən artıq məktəb var. Bu, ölkələrimiz arasında münasibətlər üçün son dərəcə vacibdir. Q.Karasin sonda deyib: “Rusiyada öz cənub qonşularını firavanlasan və geniş əməkdaşlıq üçün açıq dövlət kimi görmək istəyirlər”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Moskvada Azərbaycan Respublikası Günü qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir