12 APREL
2013-cü il. Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Ümumdünya Forumu keçirilib. “Birlikdə gələcəyə doğru” devizi altında təşkil olunmuş forumda Rusiya, Ukrayna, Macarıstan, Çexiya, Bolqarıstan, Moldova, Polşa, Slovakiya, Kuba, Koreya Respublikası, İsrail, Qazaxıstan, Qırğızıstan, Çin, Vyetnam və s. ölkələrdən rəsmi şəxslər, nüfuzlu beynəlxalq təşkilatların, maliyyə və biznesin 500-dən çox nümayəndəsi, o çümlədən institutun məzunu olan Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

1889-cu il. Görkəmli Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi Seyid Şusinskinin doğum günü (1889-1965). Xanəndəlik sənətinin sirlərini Cabbar Qaryağdıoğludan öyrənən Seyid Şuşinski 1907-ci ildə Şuşada Nəvvabın musiqi məktəbində təhsil alıb. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxuyub.

1928-ci il. Azərbaycanın Xalq Yazıcısı, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı (2012) İsa Hüseynovun - Muğannanın doğum günü(1928-2014). “Teleqram”, “Saz”, “Tütək səsi”, “Məşhər”, “İdeal” kimi povest və romanların müəllifi olan İ.Hüseynovun ssenariləri əsasında -"Nəsimi", "Ulduzlar sönmür" və s. filmlər çəkilib.

1995-ci il. Dünyada ən popular axtarış sistemlərindən olan Yahoo! isifadəyə verilib.

1961-ci il. Dünyada ilk pilotlu kosmik gəmi Yerətrafı orbitə çıxıb. Sovet kosmonavtı Yuri Qaqarinin idarə etdiyi “Vostok-1” kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. O, kosmosa uçan ilk insan kimi tarixə düşüb. BMT-ın Baş məclisinin 2011-ci il aprelin 7-də kecirilmiş 65-ci sessiyasının qərarı ilə 12 aprel insanın kosmosa uçuşunun Beynəlxalq günü elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:40]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [18:33]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:30]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:29]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:28]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [18:26]
Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan
- 08.06.2026 [18:18]