12 AVQUST
![]() |
Avqustun 12-si Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Bu gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə qeyd olunur. |
![]() |
1926-cı il. Azərbaycanın Xalq Şairi Qabil (Qabil İmamverdiyev) anadan olub (1926-2007). O, 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatına,1996-cı ildə “Şöhrət”, 2006-cı ildə “İstiqlal 2” ordenlərinə, 1980-ci ildə “Əmək igidliyinə görə” medalına və digər mükafatlara layiq görülüb. Şair “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri” kimi bir sıra kitabların müəllifidir. |
![]() |
1976-cı il. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu yaradılıb. Bu institut respublikamızda üzümçülük və şərabçılıq sahəsinin inkişafını təmin etmək və tənzimləmək üçün təsis olunub. İnstitutda yaradılan üzüm sortları 1998-ci ildə Madriddə Beynəlxalq Üzüm və Şərab Təşkilatının “Ticarət Liderləri Klubu” tərəfindən keçirilən müsabiqədə mükafata, 2002-ci ildə isə Meksikanın Milli Marketinq İnstitutunun “Almaz Ulduz” mükafatına layiq görülüb. |
|
|
1851-ci il. Amerikalı dərzi İsaak Merrit Zinger məkiklə işləyən ilk tikiş maşınını patentləşdirib. “Singer” adlı tikiş maşınının yaradılmasına dərzi cəmi 11 gün vaxt sərf edib. Həmin il o, tərəfdaşı Edvard Klarkla birgə bu tikiş maşınlarını istehsal edən “Singer Company” şirkətini yaradıb. 1855-ci ildə Parisdə keçirilən dünya sərgisində “Singer” birinci yeri tutub. |
![]() |
1865-ci il. Cərrahi əməliyyat zamanı ilk dəfə karbol turşusundan (fenol) istifadə edilib. Əməliyyatlardan sonra ölüm hallarının artmasının səbəblərini araşdıran ingilis cərrah Cozef Lister buna infeksiyaların səbəb olduğunu anlayıb. O, 1865-ci ildə ilk dəfə alətlərin və cərrahın əllərinin dezinfeksiya olunması üçün karbol turşusundan (fenol) istifadə edib. Bununla da əməliyyatlardan sonrakı ölüm halları 45 faizə düşüb. |
![]() |
2000-ci il. Barens dənizində torpedanın partlaması nəticəsində “Kursk” atom sualtı qayığı batıb. Qəza nəticəsində 118 nəfər heyət üzvü həlak olub. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]





